Nərimanov icra hakimiyyətindən şikayət var -VİDEO
13-01-2016, 16:19
19 may hadisəsinin bizim də başımıza gələcəyindən qorxuruq və öz evimizdə həyəcan içində yaşayırıq”
Bu sözləri Nərimanov rayon sakinləri BTV-yə ünvanladıqları məktubda qeyd ediblər. Fətəli xan Xoyski 98a ünvanında yaşayan sakinlər bildirirlər ki, 104 ailənin yaşadığı 9 mətrəbəli binanın üzlüyü yanma təhlükəsi olan konstruksiya ilə örtülüb. Hətta bu azmış kimi, binaya verilən işıq enerjisinin elektrik xətləri də həmin üzlüklərin içərisindən keçirilərək qoşulub. Sakinlərin sözlərinə görə onların uzunmüddətli şikayətlərindən sonra artıq binanın bir hissəsində üzlüklər sökülməyə başlayıb.
Bundan əlavə, sakinlər onu da bildirir ki, yaşadıqları binadan problemlər bununla da bitmir. Belə ki, binanın lifti işləmir və yağışlar yağanda 9cu mərtəbədən evə su sızır.
“Biz öz həyatımızdan narahatıq”- deyən sakinlər, bina üzlüklərinin tamamən sökülüb yenisi ilə əvəzlənməyəcəyi təqdirdə ölkə başçısı İlham Əliyevə müraciət edəcəklərini söyləyiblər. Məlumat üçün bildirək ki, Fətəli xan Xoyski 98a ünvanında yaşayan sakinlər ötən il Sovetskidən köçürülən ailələrdir. Qeyd edək ki, 2015-ci ilin may ayının 19-da Azadlıq prospektində yerləşən yaşayış binasında baş vermiş yanğın hadisəsindən sonra ölkə başçısının müvafiq tapşırıqlarına əsasən, paytaxta və bölgələrdə yaşayış binalarının keyfiyyətsiz və yanma təhlükəsi olan üzlükləri sökülməyə başlanılmışdı. Maraqlıdır,bəs görəsən bu vaxta qədər Nərimanov rayon icra hakimiyyəti rayonun mərkəzində yerləşən sözügedən binanın hansı üzlüklərlə örtülüyünü görməyib ya görmək istəməyib? Hər halda söhbət 104 ailə və onların həyatından gedir. Biz sakinlərin şikayətlərinə biganə qalmayaraq adıçəkilən ünvana yollandıq və yaxın zamanda geniş videosüjet təqdim edəcəyik.
[media=https://www.youtube.com/watch?v=sc97EtIxRpk]