Kapital Bank müştərilərin təhlükəsizliyi necə təmin? - ŞİKAYƏT/FOTO

3-09-2020, 15:43           
Kapital Bank müştərilərin təhlükəsizliyi necə təmin? - ŞİKAYƏT/FOTO
Teref.az xəbər verir ki, sosial şəbəkə istifadəçisi Rüfət Babayev (Руфат Бабаев) başına gələn hadisədən sonra KapitalBank-ın təhlüksizlik problemləri olduğuna diqqət çəkir. Rüfət Babayev öz statusunda başına gələnləri belə nəql edir:

"Salam hörmətli qrup üzvləri. KapitalBankdan dünən belə bir sms gəlib. Lakin mənim qeyd edilən vaxtda bitməli kartım yoxdur. Aydınlaşdırmaq üçün K. bankın operatoru ilə əlaqə saxladım lakin SMS-in göndərilməsinə dair sistemdə məlumat yox imiş. O zaman belə bir sual çıxır:"

"1. Sistemdə belə bir məlumat yoxdursa, müştərilərin təhlükəsizliyi necə təmin olunur?
2. Əgərsə səhv göndərilibsə müştərilərin informasiyası necə qorunur?
3. Belə bir kartın mövcüd olması qeyri-ixtiyarıdırsa, identifikasiya, qeydiyyat necə aparılır?
4. 190 azn söhbətində işsiz insanların adına qeyri-ixtiyari, əsaslı qanun pozuntuları ilə, sadəcə şv surəti ilə əmək müqavilələri vardır ki - belə halların olması kart məsləsində də müxtəlif suallar doğurur.
5. Operator sms göndərilmədiyini amma səhv göndərildiyini də deyir. Necə də maraqlı cavabdır.. Sistemdə görünməyən sms-in səhv göndərildiyini necə müəyyən etdi? Operator fikir yürüdürmü? Belə olan halda müştəri nə etsin?)

Sonra da "prokurorluğa yazmamış bizimlə məsləhətləşsəydiniz dəəə, nə olardı" deyib, müştərini borclu çıxarırlar. Belə əzizlər, Welcome to KapitalB."
Teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.