Raqub Məmmədovdan icra başçısına yaraşmayan sözlər: "Onu elə mələdim ki..."video/audio

29-01-2016, 15:09           
Raqub Məmmədovdan icra başçısına yaraşmayan sözlər: "Onu elə mələdim ki..."video/audio
Xəbər verdiyimiz kimi, Ağdam rayon Qeydiyyat Şöbəsinin rəisi Zöhrab Zeynalovun Ağdam rayonundan məcburi köçkün olan vətəndaşdan övladına doğum haqqında şəhadətnamə almaq üçün 50 manat rüşvət alması ilə bağlı əməkdaşımız tərəfindən lentə alınaraq həmin video görüntüdən götürülən foto şəkillər tərəfimizdən ictimailəşdirildi.

Bu gün bəhs etdiyimiz mövzu ilə əlaqədar olaraq əməkdaşımız tərəfindən telefon vasitəsilə münasibət öyrəndiyimiz Ağdam RİH-nin başçısı Raqub Məmmədovun fikrirləri isə daha böyük biabırçılıq sayılmalıdır.

Yəqin ki, ölkə rəhbərliyi adi bir etik davranış qaydalarını bilməyən, belə demək mümkünsə “ağzının danışığını bilməyən” bu şəxslə yollarını ayıracaqdır. Çünki bu rüsvayçılıqdır. Bir rayonun icra hakimiyyətinin başçısı tabeçiliyindəki dövlət məmurunun ünvanına “onun anasını ağladacam, onu mələdəcəm” kimi ifadələr işlətməsi hesab edirik ki, Cənab Prezidentimiz İlham Əliyev siyasətinə zidd olmaqla, bu hakimiyyətdə təmsil olunması sadəcə utanc duyucu bir faktdır.

Yəqin ki, Ağdamda geninə-boyuna hər kəsin yanında adından istifadə etdiyi və arxasında dayandığını iddia etdiyi PA rəsmisi Zeynal Nağdəliyev də belə bir dostunun olmasından dediyi ifadələrlə fəxr etməyəcəkdir. (azer.press)
[media=https://www.youtube.com/watch?v=hItNuYS5_kI]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.