Müstəntiq əsgərdən 3000 manat niyə istəyib? –AUDİO/VİDEO

29-01-2016, 16:02           
Müstəntiq əsgərdən 3000 manat niyə istəyib? –AUDİO/VİDEO
Altun Əliyev: «Röyal Abdullayevin qolu təsadüfən əsgər yoldaşının üzünə dəyib, Amil Məmmədov isə bizdən pul istəyir»

Bakı şəhər sakini Altun Əliyev JAM.AZ-a müraciət edərək, yaxın qohumunun üzləşdiyi problemdən dolayı şikayətçi düşüb. Prezident İlham Əliyevə, müdafiə naziri Zakir Həsənova və Hərbi prokuror Xanlar Vəliyevə xitabən ünvanlanmış müraciətdə vurğulanır ki, «N» saylı hərbi hissədə qulluq edən yaxın qohumu Röyal Vüqar oğlu Abdullayev haqsız yerə ittiham olunur.

Altun Əliyev yazır ki, ötən ilin dekabrında Röyal Abdullayev qulluq etdiyi hərbi hissədə işləyən zaman təsadüf nəticəsində dirsəyi əsgər yoldaşının üzünə dəyib. «Həmin vaxt hərbi hissə komandiri ilə əlaqə saxladım. O da bildirdi ki, hadisə təsadüf nəticəsində baş verib və bu səbəbdən də heç bir problem yoxdur».

Şikayətçi bildirir ki, bu danışıqların ardından leytenant Amil Məmmədov ona zəng vurub. O, Altun Əliyevə deyib ki, əsgər Abdullayevin işinə baxır və mütləq görüşməliyik. «Yoxsa, əsgər 6 ay müddətinə həbs olunacaq. Onunla iş yerində görüşdüm və Amil Məmmədov məndən bui şin həlli üçün 3000 manat pul istədi. Etiraz etdim və ayrıldıq. Axşam saatlarında isə yenidən mənə zəng edərək dedi ki, bəs, işi 1500 manata bağlaya bilər. Hətta bunun üçün prokuror köməkçisi ilə danışacağını da söylədi».

Altun Əliyev sonda vurğulayıb ki, o, aidiyyatı qurumlardan yardım istəyir.

Qeyd edək ki, JAM.AZ-a şikayət ərziəsi ilə yanaşı, Amil Məmmədovla Altun Əliyevin görüşünü əks etirən videogörüntü və audioyazı da təqdim olunub. Orada müstəntiqlə pul söhbətinin getdiyi açıq şəkildə diqqəti çəkir.

Bildirək ki, son dövrlər Azərbaycan Ordusunda korrupsiya və rüşvəxorluq hallarının azalmasına rəğmən, belə neqativ hallar da diqqəti çəkir. Xüsusən də iki əsgərin hətta təsadüf nəticəsində bir birlərinə xəsarət yetirmələri lazımi səviyyədə araşdırılmır. Nəticədə, bəziləri bundan qazanc mənbəyi kimi istifadə edirlər.

JAM.AZ-ın əməkdaşları edilən şikayətlə bağlı Hərbi Prokurorluğun mətbuat xidməti ilə əlaqə saxlamağa çalışıb. Lakin edilən zənglərə cavab verən olmayıb. Lakin buna baxmayaraq, sözügedən qurumun da mövqeyini dərc etməyə hazırıq.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.