Aydın Əliyev katibəsini və yaxın qohumunu general edir - Obyektlərinin siyahısı...

29-01-2016, 16:15           
Aydın Əliyev katibəsini və yaxın qohumunu general edir - Obyektlərinin siyahısı...
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və onun yaxın ətrafı ilə bağlı mətbuatda silsilə yazılar yayılmaqdadır.

Ancaq maraqlıdır ki, gömrük generalı barəsində yazılanlara reaksiya verməməkdə israrlıdır. Onun katibəsi və yaxın qohumu olan Şadiyyə Salehli haqda daha bir məlumat üzə çıxıb. Bu barədə teref.az-ya daxil olan məlumatda deyilir:

“Belə ki, Azərbaycan, Gürcüstan və Türkiyədə biznes imperiyası quran Şadiyyə xanım bu dəfə general olmaq xülyasına düşüb. Aydın Əliyevin həyat yoldaşının bacısı olan biznesledi bununla bağlı generalın qarşısına şərt qoyub. Onun yaxın zamanlarda DGK-da kadrlar şöbəsinin müdiri vəzifəsinə gətirələcəyi gözlənilir. Artıq bu yöndə ilkin addımlar da atılıb. Belə ki, Aydın Əliyevin son 1 ay ərzində bu vəzifədə olan Nərgiz adlı xanıma 3 dəfə töhmət verib. Onun yaxın zamanlarda işdən çıxarılacağı gözlənilir. Gömrük generalı bütün strateji vəzifələrə yaxın ətrafını gətirəcəyini qarşısına hədəf qoyub. Bu səbəblə yaxın günlərdə kadrlar şöbəsinin baş idarə olacağı gözlənilir, belə olan təqdirdə isə baş idarə rəisi avtomatik olaraq general rütbəsi alacaq. Bu vəzifəyə isə Şadiyyə Selehlinin gətirələcəyi heç kimdə şübhə doğurmur.


Bu xüsusda daha bir sual doğuran məqam isə ondan ibarətdir ki, Aydın nəyə görə məhz öz baldızı olan Şadiyyə xanımı özünə katibə təyin edib? Bunun səbəbi onun qohumuna inamı və şəxsi biznesini ona həvalə etməsidir.

Biznesledi Şadiyyə Salehli haqda bir neçə gün öncə mətbuatda yayımlanan xəbərdə bildirilirdi ki, o Bakının ən prestijli məkanlarının sahibəsidir. Yazıda “Elbara” restoranınn da adı çəkilirdi. Eks millət vəkili Gülər Əhmədova da bu məkanın sahibəsinin Şadiyyə xanım olduğunu isbatlayıb. Belə ki, bu haqda yazını paylaşan xanım Əhmədova yazıb: “İndi gördüz ki, “Elbara” mənim deyil? Həqiqət gec-tez üzə çıxır. Buna görə çox sevindim”

Eyni zamanda onu da qeyd edək ki, biznesledinin Türkiyə və Gürcüstanda bir çox şirkətin sahibəsidir. Ölkədə işsizliyin artdığı, sosial narazılığın çoxaldığı bir zamanda Şaciyə xanım ağıllı addım ataraq, biznesinin bir hissəsini qonşu ölkələrə daşıyıb. Əslən Gürcüstandan olan gömrük generalı Aydın Əliyev oradakı biznesini də xanım bilavasitə özü və yaxın qohumları vasitəsilə həyata keçirir.

Haqqında mətbuatda neqativ xəbərlərin yayılmasından narahat olan xanım biznesledi bu səbəbdən son günlər köməkçiləri vasitəsilə mediayla “əməkdaşlıq” etmək niyyətindədir. Artıq bir neçə saytla “centlmen sazişi” bağlayan xanım bu yolla medianı susdurmağa çalışır.

Son olaraq Şadiyyə xanıma aid olan obyektlərin siyahısını bir daha təqdim edirik:

“Fayton” restoranı
“Elbara” restoranı
“Hoologans Pub”
“De Luxe” restoranı
“Peony art Baku” toyların və nişanların təşkili
“Shaddy” tort mağazası
Şəhərin mərkəzində fəaliyyət göstərən 10-a yaxın gözəllik salonu
Turizm şirkətləri”
DGK-nin sədri ilə nə qədər əlaqə yaratmaq istəsək də buna nail ola bilmədik.

Bütün maraqlı tərəfləri teref.az olaraq dinləməyə hazırıq...
teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.