Bərdə icra başçısının "rüşvət kitabçası" ələ keçdi - ŞOK SİYAHI

29-01-2016, 23:19           

Bərdədən Xeberman.com-a daxil olan məlumata görə rayon icra başçısı Vidadi İsayev büdcətəşkilatlarının müdirlərinə sözün həqiqi mənasında aylıq haqq qoyub.

Bildirilir ki, büdcə təşkilatlarının müdirləri aylıq qazanclarının təxminən yarısını Vidadiİsayevlə bölüşürlər. İcra başçısının kiçik məmurların qazancına şərik getməsi sözsüzki, Bərdədə idarə müəsissələrin korrupsiya bataqlığına düşməsinin göstəricisidir.

İcra başçısının yaddaş kitabçası…

İdda edirlir ki, Vidadi İsayev özünə kiçik bir yaddaş kitabçası açıb və orada məmurlarınhəyata keçirdiyi maxinasiyalar son qəpiyinə kimi qeyd olunub. Məhz icra başçısı idarəmüdirlərinin ayda nə qədər qazanc əldə etdikləri hər kəsdən yaxşı bilir. Məlumatmənbəmizin iddiasına görə artıq 2 ildən çoxdur ki, Bərdə idarə müdirləri icra başşçısıVidadi İsayevə konkret olaraq siyahı ilə aylıq verirlər. Belə ki, 28 saylı Yol İstismarİdarəsinin müdiri İlham Əzimov ayda 3 min manat (həyata keçirdikləri yolmaxinasiyalarından əlavə), Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlyas Hacıyev
ayda 5 min manat, Təhsil Şöbəsinin müdiri Rzaquli Şərifov ayda 5 min manat,Mərkəzi Xəstəxananın baş həkimi İftixar Zeynalov ayda 5 min manat, BərdəSuvarma Sistemləri İdarəsinin müdiri Natiq Əhmədov, Qarabağ MeşəMeliorasiya İdarəsinin müdiri Rəşid Rzayev, Subartezan Quyularınınİstismar İdarəsinin müdiri Firudun Baxşalıyev, Meliorasiya İdarəsinin müdiriSərdar Əhmədov ümumilikdə 20 min manat hesab verirlər. Mənbəmiz bildirir ki,su idarələrinin hesabını Suvarma Sistemləri İdrəsinin müdiri Natiq Əhmədov yığaraq
vidadi İsayevə çatdırır.

Yeni il, yeni qiymətlər…

Yeni ildən isə icra başçısı məmurlardan aldığı "hesabın” artırılaması ilə bağlıgöstəriş verib. Səbəbin isə bu il ölkəmizdə keçirilən Avropa Olimpiadasıoyunlarına hazırlıqdır. İcra başçısı məmurlardan yığdığı hesabı Bərdə şəhərininabadlaşdırılamsı üçün istifadə olunacağını bildirir. Amma bütün məmurlaryaxşı bilir ki, Vidadi İsayev ayda yığdığı külli miqdarda vəsaiti rayonunabadlaşdırılmasına deyil, özünün Yevlax və Bakı şəhərində yaratdığıözəl bizneslərə, imarətlərə xərcləyir. Məlumat mənbəmiz bildirir ki,Vidadi İsayevin qazanc mənbələrindən biri də Bərdə şəhər icra nümayəndəsiƏli Fərzəliyevdir. Məhz icra başçısı bərdə şəhərində həyata keçirilənabadlıq, tikinti, təmir işlərindəki maliyyə maxinasiyalarını Əli Fərzəliyevinvasitəsi ilə həyata keçirir. Vidadi İsayevin Əli Fərzəliyevin əli ilə Bərdə şəhərindəTikinti, təmir işlərində həyata keçirdiyi maliyyə maxinasiyaları barədə yaxın günlərdəoxucularımıza məlumat verəcəyik.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.