Səfər Mehdiyev Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən Azərbaycana 4 milyard dollar kredit ayrılmasını təsdiqləyib- QALMAQAL

30-01-2016, 01:08           
Səfər Mehdiyev Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən Azərbaycana 4 milyard dollar kredit ayrılmasını təsdiqləyib- QALMAQAL
Bu gün Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsi (DGK) rəhbərliyinin iştirakı ilə “2015-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda mətbuat konfransı keçirdilib.
teref.aznun əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi (DGK) qurum rəhbərliyinin bu gün keçirdiyi mətbuat konfransında komitə sədrinin birinci müavini Səfər Mehdiyevin jurnalistlərin verdiyi suallardan birinə verdiyi cavab qalmaqala səbəb olub. Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev həqiqətən də, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən Azərbaycana 4 milyard dollar kredit ayrılmasını təsdiqləyib və bu borcu necə ödəyəcəyimiz barədə fikirlər belə yürüdüb.
Səfər Mehdiyev dövlət büdcəsinin bugünkü vəziyyətini nəzərə alaraq iqtisadi blokla görüşlərinin davam etdiyini və plan proqnozlarının necə yerinə yetiriləcəyi haqda hələ qərar verilmədiyini belə deyib.
Lakin ardından söz alan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bu fikri bir az yumşaldaraq hamını optimist olmağa çağıraraq hər şeyin yaxşı olacağını deyib.
Hər halda bizdə Aydın Əliyevin fikirlərinə qüvvət verərək optimistlik göstərireik və hər şeyin yaxşı olacağına ümid edirik.
Qeyd etmək istəyirik ki,bu gün prezident İlham Əliyev Azərbaycanın xarici maliyyə qurumlarından maliyyə yardımı istəməsinin yalan olduğunu xüsusi ilə vurğuladı.
teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.