""Bura Bakı deyil, bura Naxçıvandır". "Bura Azәrbaycan deyil" deyәni dә oldu.." ŞİKAYƏT

30-01-2016, 03:00           

Həmvətənlimiz Nərgiz Xәlilova Hatipoğlu illәrdir Türkiyədə TRT kanalında işləyərək vətəni Azərbaycanı qürurla təmsil edib. Lakin o qürurla təmsil etdiyi vətənindən Türkiyəyə əlində 1 yaş 8 aylıq uşağı ilə qayıdanda Naxçıvan aeroportunda başına gələn dəhşətli qanunsuzluqlardan bahs edərkən heyrət içində donub qalırsan. Yəni belə bir hadisə ola bilər? teref.az olaraq Nərgiz xanımın başına gələnləri öz yazısından oxuyaq:
"Ucuz olsun deyə, yolumu uzadaraq Ankaraya Naxçıvandan qayıtmaq mәqsәdilә 22 yanvar, gece reysi ilә Bakıdan Naxçıvana uçdum. Ertəsi gün - 23 yanvar, 08:35-dә Türk Hava Yollarının Naxçıvan-İstanbul-Ankara reysi ilә uçacaqdım. Körpə uşaqla uçacağım üçün qeydiyyatdan keçәndә ata tәrәfindәn verilәn etibarnamәni dә tәqdim etdim. Daha әvvәllәr Bakıdan, Heydәr Әliyev adına Beynəlxalq Hava limanından uşaqla, bu etibarnamәyә әsasәn Türkiyәyә uçmağıma baxmayaraq, mәni uçuşa buraxmadılar. Etibarnamә türk dilindədir. Mәn dәfәlәrlә onlara, bu etibarnamә ilә Heydәr Әliyev adına Beynəlxalq Havalimanından Bakıdan Türkiyәyə uçduğumu desәm dә, onlar dedilәr ki, “bura Naxçıvandır, bizә tapşırıq verilib”. Yenә dәfәlәrlә - "mәnә nә Naxçıvana bilet aldığım aerokassada, nə Bakı aeroportunda, nә dә Türk Hava yollarında bu barәdә mәlumat verilməyib, axı mәn hansı qanunu pozuram, әlimdә atadan etibarnamә var, mәnә cavab verin" desәm dә, eyni cavabı eşitdim: "Bizә tapşırıq verilib". Hәtta, ordakı rәis hәrhalda 6-cı gün olduğunu unudub, mәnә tәrcümә üçün Әdliyyә nazirliyinə, tәsdiqi üçün Naxçıvanın Türk Konsolosluğuna, daha sonra Xarici işlәr idarәsinә, rüsum üçün isә Mәrkәzi Banka getmәyimi daha sonra isә avtobusla Naxçıvan-Türkiyә sәrhәddinә gedib, ordan Iğdıra keçmәyi ordan da Ankaraya gedә bilәcәyimi mәslәhәt gördü. Biletim batdı. Komputerә uçuşa buraxılmama sәbәbi olaraq "etibarnamәsi yoxdur" yazdıqlarını görәndә etiraz etdim. Dedilәr ki, belә yazmalıyıq. Uzun sözün qısası, әlimdә 1 yaş 8 aylıq uşaqla vә 25 kiloya yaxın baqajla ilk dәfә gәldiyim vә heç bir yerini tanımadığım şәhәrin aeroportunda qaldım.Orda gömrükdә işlәyәn bir xanım mәni öz evinә apardı. 3 gün o şәhәrdә, qarlı havada, әlimdә körpә uşaqla nәlәr çәkdiyimi özüm bilirәm. Sәnәd üçün getdiyim idarәlәrdә, şikayәtimә qarşılıq orta hesabla eyni sözlәri eşitdim: "Bura Bakı deyil, bura Naxçıvandır". "Bura Azәrbaycan deyil" deyәni dә oldu...
Daha sonra Nərgiz xanım yazır :
"26 yanvar Ankaraya qayıda bildim...
Kimә müraciәt etmәliyәm? Haqqımı harda axtarmalıyam?
Məsələ ilə bağlı ölkә başçısına vә Mehriban xanıma müraciәt etmәyi düşünürәm.
Bilmirәm, yaxın vaxtlarda illәrdir Türkiyәnin TRT kanalında qürurla tanıtdığım ölkәmin vәtәndaşlığından imtina etmәyi də düşünürәm. Çәkdiyim maddi, mәnәvi zәrәr, әsәb pozğunluğu mәnә bәs elәdi. Neçә gündü dәrmanlarla dost olmuşam..."
Doğrudanda bu sətirləri oxuyanda adam fikirləşir ki, heç kim öz vətəndaşına belə qanunsuzluqlarla işgəncə verməz. Amm......
teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.