Yeni Yasamalda əhali ayağa QALXDI

31-01-2016, 19:08           

Vətəninfo.azxəbər verir ki,bu gün səhər saat 12:00-da Bakı şəhər Yasamal rayon, Yeni Yasamal yaşayış massivindəki "Belıy Lebed”MMC-nin inşa etdiyi D.Bünyadzadə 15 küçəsində 17 mərtəbəli 8 girişli yaşayış binasının sakinləri aksiya keçiriblər.

Aksiyanı izləyən müxbirimizin verdiyi məlumata görə, aksiyanın keçirilməsinə səbəb "Belıy lebed” MMC tərəfindən inşa edilmiş yaşayış binasının Dövlət Qəbulu Komissiyası tərəfindən istismara qəbul edilməsinə baxmayaraq,Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yaşayış binasının istismara qəbul edilməməsi ilə bağlıdı.

Məlumatda qeyd edilir ki, 755 mənzilli bina həm "Beli Lebed” MMC icraçı rəhbəri Nürəddin Kərimov,onun qardaşı Şəmsəddin Kərimov,onların ortaqları olduqları "Beli Lebed” MMC-nin əsas direktoru Allahverdi Zeynalov ( hazırda Ukraynda yüksək mərtəbəli binaların tikintisi ilə məşğul olur) və Yasəf adlı şəxslərin və Bakı şəhər İH-nin başçısı Hacıbala Abutalıbovun süründürməçiliyi səbəbindən bina Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən istismara qəbul edilmir.
Yeni Yasamalda əhali ayağa QALXDI
Belə olduqda da binada mənzil alan vətəndaşlar,mənzillərinə nə rəsmi qeydiyyata düşə, nə də mənzillərini özəlləşdirə bilmirlər.

Aksiya keçirən vətəndaşlar qeyd edirlər ki, binanı inşa edən "Belıy Lebed” MMC rəhbərli bir neçə ildir bina sakinlərini aldatmaqla məşğuldu və dəfələrlə vətəndaşlar MMC rəhbərliyindən onların mənzillərinə özəlləşdirmə aktının verilməsini tələb etdikdə, MMC rəhbərliyi vətəndaşların haqlı narazılığından qaçaraq gizlənir.

Vətəndaşalar qeyd edirlər ki, MMC rəhbərliyinə mövcud vəziyyət sərf edir və "Belıy Lebed”MMC-nin icraçı rəhbəri Nurəddin Kərimov,onun qardaşı,yəni "Belıy Lebed”MMc-nin qeyri-rəsmi sahiblərindən olan Şəmsəddin Kərimov,onların ortaqları "Beli Lebed” MMC-nin həqiqi direktoru Allahverdi Zeynalov və Yasəf bu vəziyətdən istifadə edərək bina sakinlərindən aylıq kamunal xərcləri toplayır,vətəndaşlar mənzillərini digərlərinə satdıqda alqı-satqı zamanı 3 min AZN əlavə pul alırlar.
Aksiya keçirən vətəndaşlar qeyd edirlər ki, onlar çarəni ölkə prezidenti İlham Əliyevdə və ölkəmizin birinci xanımı,YUNESKO və İSESKO-nun xoşməramlı səfiri,millət vəkili Mehriban xanım Əliyevada görürlər. Aksiyaçılar qeyd ediblər ki, "Belıy Lebed”MMC-nin və Bakı şəhər İH-nin başçısı Hacıbala Abutalıbovun süründürməçiliyinin qarşısını yalnız və yalnız ölkə prezidneti və ölkəmizin birinci xanımı Mehriban xanım Əliyeva ala bilər.

Aksiyaçılar müxbirimizə bu günə kimi müvafiq dövlət orqanlarına etdikləri müraciətlərin sürətlərini və Bakı şəhər İcra Hakimiyyəti Başçısının 2012-ci il tarixli Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktını da təqdim ediblər. təqdim olunan akta görünür ki, binanın istismara verilməsi üçün bütün müvafiq qurumlar imza edib,möhür vursalar da,yalnız Bakı şəhər İcra hakimiyətinin imzası və möhürü akta əksini tapmır. Sakinlər qeyd edirlər ki, binanı inşa edən "Belıy Lebed”MMC Bakı şəhər İH-ti arasında bilinməyən səbəblərdən yaranan qarşıdurma üzündən bina qəbul edilmir və vətəndaşlr mənzillərini özəlləşdirə bilmirlər.


Mövzuya qayıdacağıq.

























Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.