Eldar Mahmudov həm də “Lombardlar kralı” imiş...

31-01-2016, 23:59           
Eldar Mahmudov həm də “Lombardlar kralı” imiş...
Hörmətli redaksiya!

Qızıllarımı qoyub manat götürdüyüm və bu günlərdə dolların bahalaşmasından sonra məni pis vəziyyətə salan, özünə haradansa güc alaraq, indi mənim halal əşyalarımın dalına keçən "Yetər" lombard və lombardın sahibi Sevinc Abbasova tərəfindən ələ keçirilib. Axı mən milli manat ilə lombarddan pul götürmüşəm və aylıq ödənişdə də heç gecikmə olmayıb. İndi niyə dollar bahalaşdığı üçün mən niyə əlavə olaraq 10% - ə qədər pul ödəməliyəm?)

Bu arada lombardlarla bağlı qısa bir araşdırma aparmağı özümə borc bildim. Bunu müvafiq rəsmi qurumların, xüsusən də Mərkəzi Bank rəhbərliyinin diqqətinə çatdıracağınıza görə sizə əvvəlcədən dərin təşəkkürümü bildirirəm.


Özümüzdən asılı olmayan səbəblərdən üzləşdiyimiz devalvasiya bütün sahələrə təsirini göstətib. Ən böyük gərginlik banklara dollar ilə krediti olanlarla yaranıb. Təbii, bununla bağlı müzakirələr aparılır, insanların üzləşdiyi böhrandan çıxış yolu axtarılır. Amma bu zaman bir məsələ demək olar tamamilə unudulur, bilərəkdən, ya bilməyərəkdən o səmtə gözucu belə baxılmır. Söhbət əhalini banklardan da betər soyan, fəaliyyəti qanunla tənzimlənməyən lombardlardan gedir. Müşahidələrdən və araşdırmalardan doğan nəticə ona gətirib çıxarır ki, lombard kreditlərinin havadarları bankların və digər kredit təşkilatlarının himayəçilərindən də güclüdür. Əslində lomdbard fəaliyyəti üçün hər hansı lisenziyanın, icazənin tələb olunmaması bu sahədə özbaşınalığı genişləndirir. Kim istəsə lombard açıb kredit verə bilər. Kredit təşkilatlarından fərqli olaraq, lombardların fəaliyyəti üçün hər hansı qayda da yoxdur. Bu heç qanunvericilikdə də belə nəzərdə tutulmayıb. Lombardlarla məşğul olanlar necə istəyirlər, elə də fəaliyyət göstərirlər. Kredit müqaviləsinin şərtlərinin müəyyənləşdirilməsində, girovun qiymətləndirilməsində, saxlanılmasında və digər məsələlərdə vətəndaş lombard qarşısında sözün həqiqi mənasında acizdir. Düzdür, Mülki Məcəllənin 37-ci fəsli, “borc” fəsli kredit təşkilatları ilə yanaşı, onlara da şamil olunur. Amma həmin fəslin tələblərinə heç banklar əməl etmir, o da ola lomblardlar...

Mətbuatda dəfələrlə yazıldığı və həyacan təbili çalındığı halda məcəllənin tələbinin pozulmasına belə aidiyyati qurumlar tərəfindən aydınlıq gətirilmir. Qısaca desək lombardların fəaliyyəti bütün variantlarda qanunsuzdur. Ona görə ki onların əksəriyyətinin kapitalı, öz vəsaiti gülünc məbləğdədir və 2 manatdan 200 manatadək təşkil edir. Yəni bunun hesabına kredit verirlər. Göründüyü kimi bu olduqca gülünc haldır və buna kimsə inanmaz. Aydın olur ki, bizim lombardlar kreditləri öz vəsaitləri ilə deyil, cəlb edilən vəsaitlər hesabına verirlər. Yəni birindən aşağı faiz dərəcəsi ilə borc alıb, digərinə yüksək faiz dərəcəsi ilə verirlər. Başqa sözlə, bizim lombardlar qanunsuz bank fəaliyyəti ilə məşğul olurlar. Bunun üçün onlar Mərkəzi Bankdan bank olmayan kredit təşkilatı kimi lisenziya almalı idilər. Mərkəzi Bank da onlara nəzarət etməli idi. Bəs Mərkəzi Bank hara baxır? “Lombard” adı altında de-fakto bank fəaliyyəti ilə məşğul olan qurumlara qarşı niyə tədbir görmür?

Mənim başına olmazın oyununu açan lombardın arxasında da zamanında güclü fiqurlar dayanıb. Bir müddət əvvəl o, paytaxtın Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində, Hüseynbala Əliyev küçəsində yerləşən “Yetər” lombard xidmətindən qızıl-zinyət əşyaları girov qoymaqla aylıq 5% müamilə şərtilə böyük məbləğdə milli manatla pul krediti götürmüşəm. Lakin manatın ikinci dəfə devalvasiyasından sonra lombardın sahibi Sevinc Abbasova ad - familiyalı xanım mənə bildirib ki, bundan sonra geridə qalan faiz ödənişləri 6% hesabı ilə ödəməlisən. Təbii ki, bu qeyri-qanuni və əsazsız tələb ilə razılaşmıram. Bu zəmində də tərəflə aramızda ciddi mübahisə yaranıb.

Bəs “Yetər” lombard xidmətinin sahibi Sevinc Abbasova kimdir? Onun fəaliyyəti dönəmində külli miqdarda vəsaitə yiyələnməsinə kim şərait yaradıb və ya bu xanım kimin pullarını sələmə verib?

Təkzibedilməz faktlar təsdiqləyib ki, Sevinc Abbasova yaxın zamanlara qədər kimi keçmiş MTN naziri Eldar Mahmudovun himayəsində olub, ona sığınıb. Elə təəccüb və maraq, eyni zamanda dəhşət yaradan da budur. Kifayət qədər adı korrupsiya və rüşvətdə hallanan keçmiş nazirin əli nə qədər aşağı imiş ki, bu yolla vəziyyətini normallaşdırmaq istəyib? Düşünəndə və təhlil aparanda aydın olur ki, lombarda pul yatırmaq əslində böyük gəlirlər deməkdir və o üzdən də Eldar Mahmudova yolu isə onun həyat yoldaşı, Azərbaycan Həmkarlar Konfederasiyasının sabiq katibi Tahirə Mahmudovadan keçib. Hər iki xanım yaxın rəfiqə olub və aralarından su belə keçməyib. Mahmudovlar ailəsinə məxsuz pulların isə burda sələm, ah-nalə ilə artırılması prosesi də bu üzdən başlayıb. Sevinc xanımın lombardın fəaliyyətindən kifayət qədər qazanc əldə etməsi də elə bu səbəbdəndir. Sevinc Abbasovanın idarə etdiyi son model Range Rover avtomobili (dövlət nömrə nişanı 100) də bunu söyləməyə əsas verir. Bütün bunlar Sevinc Abbasovanın fironluğunun köklərini açır və onun nəyə görə insanlara qorxu bilmədən qənim kəsilməyinin səbəblərini ordaya qoyur.

Burada bir sual yaranır. Eldar Mahmudov daha yoxdur və heç bundan sonra da olmayacaq. Bəs bu xanım qorxmur ki, bir gün dövlət onun da yaxasından yapışıb haqq-hesab çəkər? Axı onun özü də yaxşı bilir ki, fəaliyyəti tamamilə qanunsuzdur və yığdığı sərvət nə vaxtsa kal armud kimi kimi boğazında qala bilər. Bəlkə pula - qızıla hərislik bu xanımın gözünü elə bağlayıb ki, o bu qorxunu düşünməkdən belə uzaqdır. Amma insanların getdikçə sıxıldığı və hər nəyi varsa itirdiyi vaxtda qanunlar bu xanımı ittiham edəcək. Bu qaçılmazdır. Onun sərvəti neçə-neçə nişan, toy qızılların girovu hesabına yığılıb. Qanunlar bir yana, bu heç dinimizə belə uyğun deyil...

Bir statistik rəqəmi də diqqətə çatdırmaq yerinə düşər. Əgər 2011-ci ildə Azərbaycanda təxminən 600 lombard fəaliyyət göstərirdisə, ötən ildən onların sayı iki dəfə artaraq 1200-ə çatıb. Lombardların təklif etdiyi xidmətlərdən istifadə edən insanların sayı da 2,5 dəfə artıb. Onların kredit üzrə faiz dərəcəsi isə 36%-İ üstələyib. Bu isə lombardların əhaliyə bahalı kreditlər təqdim etdiyinin, bütün sosial ödəmələrdən kənarda qalmağının əsas göstəricisidir. Bu rəqəmləri sorğu apardığımız lombardlarda təsdiq edib.

Bunlar acı da olsa günümüzün reallığıdır. İstər dini baxımdan, istər qanunların yol vermədiyi halda olduqca zərərli və yalnız bir qrup insanın daha da varlanmasına səbəb olan lombard xidməti bu ağır günlərdə ölkəyə və onun vətəndaşlarına lazımdırmı? Özü də mənbəyi bilinməyən pulların hesabına. Təcili ölkədə olan lombardların fəaliyyətinə nəzarət yaradılmalı, dövlət gününün acısını yaşayan insanların yanında olmalıdır. Daha geniş miqyasda təhlillər aparılsa təbii ki, digər lombardların arxasından da kirli pullara sahib məmurlar çıxacaq. Necə ki, “Yetər” lombard xidmətinin arxasından Eldar Mahmudov çıxdı...moderator/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.