Gəncədə növbəti, "analoqu olmayan" biabırçılıq FOTOFAKT

1-02-2016, 12:56           
Gəncədə növbəti, "analoqu olmayan" biabırçılıq FOTOFAKT
teref.az Gəncədə baş verən özbaşınalıqlar və qanunsuzluqlar haqqında çox yazıb. Bu yazını o silsilədən saymaq olasr. Gəncə şəhərində isə qanunsuzluq və özbaşınılıqlara son qoyulmur.
Bir müddət bundan əvvəl Gəncənin "Yeni Gəncə" qəsəbəsində yerləşən bir neçə çoxmərtəbəli yaşayış binasının sakinləri növbəti, özü də gözlənilməz çətinliklə üzləşiblər.
Belə ki, "4a" deyilən ərazidə eyni zamanda bir neçə 9 mərtəbəli binanın liftlərinin fəaliyyəti xəbərdarlıq edilmədən dayandırılıb, daha sonra onlara ayrıca sayğac quraşdırılıb. Binaların sakinləri lift idarəsinə şikayət etsələr də, onlar bu hadisədən xəbərsiz olduqlarını bildiriblər. Gəncə şəhər İcra Hakimiyyətinə və 112 xidmətinə də zənglər bir fayda verməyib.
Sonunda məlum olub ki, bunu İcra Hakimiyyətinin razılığı ilə “Azərenerji” ASC-nin “Gəncə REŞ”MMC təşkil edib və sakinlər fakt qarşısında qoyulub ki, sayğacın hesabına pul köçürün yoxsa lift işləməyəcək...
TEREF.İNFO Gəncə - MİR-ə istinadən yazır ki, bir neçə gün bu haqsızlıq haqda bütün qurumlara müraciət edilsə də, heç bir dəyişiklik baş verməyib...
Körpə uşaqlı ailələrin, yaşlı, əlil və xəstə insanların liftsiz hərəkət etməsi mümkün olmadığından sakinlər sayğac kartına pul yükləmək məcburiyyətində qalıblar ki, lift müvəqqəti də olsa, problemin həllinə nail olana kimi çalışsın.
Cəmi bir neçə gün bundan əvvəl video paylaşmışdıq, hansında ki,ölkə başcısı, Prezident İlham Əliyev bütün məmurlara insanları incitməməyi, onlara lazımı qulluq etməyi, xidmət və qayğı göstərməyi tapşırırdı.
Sual edirik:
Elmar Vəliyev, Əhməd Musayev(Gəncə REŞ”MMC-nin rəhbəri) budurmu sizin vətəndaşlara olan qayğınız?
O qədərmi harınlayıbsınız ki, Prezidentin göstərişlərini də hesaba almırsınız?
Niyə, hansı məqsədlərlə onsuzda ağır durumda olan, cüzi maaş alan, işsizlikdən və dünyada analoqu olmayan yüksək faizlərlə verilmiş bank kreditləridən əziyyət çəkən sadə vətəndaşlara yeni-yeni süni problemlər yaradırsınız?
Nədir sizin məqsədiniz? Gəncə camaatını dövlətə, hökümətə qarşı qaldırmaqmı istəyirsiniz?
Adları çəkilən hər bir şəxsin fikirlərinə yer verməyə hazırıq!
TEREF.İNFO














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.