ELXAN USUBOV TƏDBİRLƏR ÜÇÜN AYRILMIŞ MƏBLƏĞİ ŞƏXSİ MƏNFƏƏTLƏRİ ÜÇÜN XƏRCLİYİB - İDDİA

2-02-2016, 10:17           

Elxan Usubov bayram tədbirlərinin keçirilməsinə ayrılmış 119 min manatı nəyə xərcləyib?

Şəkinin icra başçısı pul qazanmağın yeni yollarını tapıb. Görünür, Elxan Usubov şəkililəri sevindirmək adı altında yeni vasitələrə baş vurub. Əgər belə olmasaydı onun 119 min manat pul ayırdığı bayram tədbirlərinin keçirilməsi üçün vəsaitə heç olmasa, balaca bir atəşfəşanlıq təşkil edərdi.
İcra başçısı bunu da şəkililərə çox görüb. Həmin pulu isə nəyə və necə xərcləyib məlum deyil. Məlum olan isə odur ki, Şəkidə nə atəşfəşanlıq olub, nə də tutarlı bir bayram tədbiri. Ona görə ki, Elxan müəllimin xərcləri çoxdur və alacağı çox şeyləri var.

Şəki Şəhər İcra Hakimiyyətinin sifarişi əsasında bərk inventarların satın alınmasına 40300 manat, yumşaq inventarların satın alınmasına 35638,4 manat, avadanlıqların satın alınmasına isə 12286,5 manat xərclənib.

İcra Hakimiyyətinin dəftərxana xərcləri isə 19000 manat təşkil edib. Amma Şəkinin icra başçısı abadlıq işlərinə 462 min manat xərclədiyini sənədləşdirib. Ardından da yolların əsaslı təmiri üçün 820348 manatın sərf olunduğunu rəsmiləşdirib. Buraya abadlıq işləri, yolların, mənzil fondunun əsaslı təmiri işlərinin satın alınmasına sərf olunmuş 280177 manatı da əlavə etsək, o zaman böyüe bir rəqəmin alındığına şahid olarıq.

Maraqlıdır ki, Elxan Usubovun «gərgin əməyi» nəticəsində iki dəfəyə ərzaq, kənd təsərrüfatı, ət, süd, çörək məhsullarının satın alınmasına da toplam 400 min manat sərf olunub. Lakin bu pula hansı ərzağın və kimlər üçün alındığı müəmma olaraq qalır.
\Demokratiya.info\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.