NƏRİMAN ƏLİYEVİN ADI YENİDƏN GÜNDƏMDƏ
2-02-2016, 10:24
Bir müddət əvvəl Xeyransa Məmmədova ilə bağlı qalmaqal yaşayan iş adamına məxsus obyektdə qumar məclisləri təşkil edilir?
«Qarabağ Broyler»in sahibi, tanınmış iş adamı Nəriman Əliyevin barəsindəki mənfi və qalmaqallı söhbətlər səngimək bilmir. Yadınızdadırsa, bir neçə ay əvvəl iş adamının adı «Gömrükçü” idman klubundan olan peşəkar idmançı, sərbəst güləş üzrə Avropa çempionu Xeyransa Məmmədova ilə bağlı olayda çəkilmişdi. Hansısa vasitələrdən istifadə edən iş adamı məlum qalmaqallı hadisədən sovuşa bildi. Deyilənə görə, sahibkar həmin yazıların KİV-lərdən yığışdırılmasından ötrü külli miqdarda vəsait xərcləyib. Aparılan araşdırmalar nəticəsində məlum olur ki, bu şəxs bir neçə il əvvələ kimi Bakıda fəaliyyət göstərib. Aradan müəyyən vaxt ötdükdən sonra isə Füzuli rayonunda geniş biznes şəbəkəsi yaratmağa başlayıb. Daxil olan məlumatlara görə, ildə 2,5-3 min ton quş əti istehsal edən "Qarabağ Broyler" MMC, 5 min ton məhsul saxlayan soyuducu anbar kompleksi məhz bu şəxsə məxsusdur: «Onun rayondakı biznes obyektlərinin sayı-hesabı yoxdur. Məsələn, onun 300 hektar ərazidə elit növ buğda sahəsi, Horadiz şəhərində ailəvi istirahət mərkəzi, Üçüncü Zobucuq qəsəbəsində gündə 40 ton çörək-bulka istehsal edən zavodu, Qarabağ kəndində ətlik və südlük istiqamətli heyvandarlıq kompleksi var. Nəriman Əliyevin fəaliyyətindəki çatışmazlıqlar ona məxsus müəssisələrdə çalışan işçilərə münasibətdə özünü büruzə verir. "Qarabağ Broyler" MMC-də işləyən əksər işçinin əmək müqaviləsi yoxdur. Nəriman Əliyev həmin şəxsləri günəmuzd kimi işlədir. Sahibkar əmək qanunlarının tələbini pozmaqla həm vergidən yayınır, həm də dövlətə sosial sığorta haqqı ödəmir. İş adamının paytaxtda da bir neçə iri obyekti fəaliyyət göstərir. Buna misal olaraq Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Şəhriyar" şadlıq sarayını göstərə bilərik. Biznesmenin Sabunçu rayonunun ərazisində başqa obyektləri də var. Amma ən çox gəlir gətirəni "Şəhriyar" şadlıq sarayıdır». \Gündəlikbakı\