Abidin Fərzəliyevin 20 minlik ov iti - İDDİA

3-02-2016, 13:24           
Abidin Fərzəliyevin 20 minlik ov iti - İDDİA
Abidin Fərzəliyevin İngiltərədən gətirdiyi heyvana elə ingilis təlimçi qulluq edəcək

Ov həvəskarı olan Nərimanovun icra başçısı Abidin Fərzəliyev növbəti mövsümə hazırlıq və ov ləvazimatını yeniləmək üçün bəzi addımlar atıb. teref.az-ya verilən məlumata görə, icra başçısı ovda istifadə etdiyi itlərin sayını artıraraq, onların arasına daha bir yeni cins heyvan əlavə edib. Məlumatda deyilir ki, Fərzəliyevin yeni cins ov iti İngiltərədən gətizdirilib. Və onun qiyməti 20 min manata yaxındır. Bu heyvanın saxlanılması və təlim görməsi üçün də elə həmin ölkədən təlimçi dəvət edilib. Onun da hər ay heç də kiçik olmayan məbləğlərdə əmək haqqı alacağı vurğulanır. Bu əsnada bildirək ki, Abidin Fərəzliyevin bundan əlavə daha bir-neçə cins ov itləri var. Onların aylıq qida və saxlanma xərclərinin on min manatdan çox olduğu iddia edilir. Vurğulanır ki, icra başçısının ovda əsas köməkçiləri olan bu heyvanlarla pis davranmaq qəti qadağandır. Əgər belə bir hal baş verərsə, Fərzəliyev onları ən ağır formada cəzalandırar. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru