Əski baş baytar Aslan Aslanov həkimlərdən pul tələb edib və nəticədə dava düşüb
3-02-2016, 15:48
Yanvarın 26-da Kənd Təsərrüfatı naziri Heydər Əsədovun keçirdiyi müşavirə zamanı işdən çıxarılan Bakı şəhər baytarlıq idarəsinin rəisi Aslan Aslanov hələ də “iş başında”dır. Bizimxeber.az-a baytar həkimlərdən daxil olan məlumata görə, nazirin qərarını qulaq ardına vuran A.Aslanov yenə işə gəlir. Bu gəlişdə məqsəd isə ötən ayın aylıqlarını baytar həkimlərdən yığmaqdır. Redaksiyaya telefon açan həkimlər bildirib ki, fevral ayının 1-də səhər saatlarında idarəyə gələn Aslan Aslanov bütün baytar həkimlərini toplayaraq pulların verilməsini tələb edib. Bu isə baytar həkimlərin ciddi narazılığına səbəb olub. Həkimlər Aslanova nazirin qərarı ilə işdən çıxarıldığını xatırladıblar və onun heç bir səlahiyyətlərinin olmadığını deyiblər. Aslanov həmçinin bildirib ki, belə bir göstərişi hazırda məzuniyyətdə olan nazir müavini Seyfəddin Talıbov verib. Aslanovun tələblərinə baxmayaraq həkimlər pul verməkdən imtina ediblər. Bakı şəhər Baytarlıq İdarəsində baş verənlərlə bağlı nazir Heydər Əsədov məlumatlandırılıb və dünən Aslan Aslanov nazirliyə çağırılaraq ona bir daha işdən azad olunduğunu xatırladıblar. Həkimlər isə bildirirlər ki, ötən günün ikinci yarsında yenidən Bakı şəhər Baytarlıq idarəsinə gəlib. Baş verənləri dəqiqləşdirmək və həkimlərdən niyə pul yığıldığını öyrənmək üçün Aslan Aslanovun özü ilə əlaqə saxladıq. İdarədə olduğunu bütün cəhdlərlə gizlətməyə çalışan Aslanov baş verənlərin yalan olduğunu isbatlamağa çalışdı. Narazı həkimlərin adları redaksiyaya bıllidir. Onlardan alınan aylıq haqqları dəqiqləşdirməyə və dərc etməyə çalışacağıq…
teref.az