Bərdə icra hakimi Vidadi İsayəv aldadılır və ya bilərək aldanır- Piar qara piara çevril\əndə

3-02-2016, 16:14           
Bərdə icra hakimi Vidadi İsayəv aldadılır və ya bilərək aldanır- Piar qara piara çevriləndə
Hər gün GUNDEMİNFO.AZ-a Bərdə rayonundan, Bərdə Rayon İcra Hakimiyyətindən və onun başçısı Vidadi İsayevdən onlarla şikayət, narazılıq, etiraz, döjvlət başçısına ünvanlanan müraciətlər, materiallar daxil olur. Elektron poçtumuza daxil olan bu müraciətlərin hamısını istisnasız olaraq yayımlayır dərc edir və qarşı tərəfin də mövqeyini öyrənməyə çalışırıq. Lakin Bərdə RİH-i ilə əlaqələr çox məhduddur. Lakin elə daxil olan şikayət, etiraz və narazılıqlarla paralel hər gün bizim elektron poçtumuza berde_az.mail.ru ünvanından onlarla mədhiyyə, tədbir, toplantı press-relizləri göndərilir. Üç nöqtə ilə daxil olan press-relizlərdə heç bir əlaqə nömrəsi yoxdur.

GUNDEMİNFO.AZ olaraq bu rayondan olan narazılıqlarla bağlı isə münasibət öyrənmək ümümiyyətlə mümkünsüzdür. Dəfələrlə saytımızın əməkdaşları adıçəkilən elektron ünvana müraciət etsələr də daşdan səs çıxır bu icra hakimiyyətinin bizə hər gün press-reliz yollayan ünvanından səs çıxmır.

Apardığımız araşdırmalar zamanı bəlli olub ki, əslində bu ünvandan gələn press-relizlərə görə hər ay Bərdənin icra başçısı Vidadi İsayev müqavilə şərtlərinə uyğun hansısa piar şirkəti ilə «razılaşır». Həmin bu fırıldaqçı berde_az.mail.ru ünvanının adminstratorları da guya GUNDEMİNFO.AZ-da hansısa hesabat xarakterli materialların yayıldığını başçıya təqdim edirlər. İcra başçısı internet saytlarına daxil olmur və rayonu haqda, vətəndaşlarının narazılıqları barədə heç bir bilgi əldə etmir.
Və yaxud da eşitmək və oxumaq istəmir.

Eynən saray kralları kimi yalnız onu mədh edən, etdi deyib aldadan əyanları var…

Artıq mail.ru adminstrasiyasına berde_az.mail.ru ünvanı ilə bağlı şikayətlərimizi təqdim etimişik. Yaxın günlərdə bun ünvanın kimlər tərəfindən idarə edildiyini, icra başçısı Vidadi İsayevlə əlaqələri barədə ətraflı araşdırmalarımızı təqdim edəcəyik.
Onu da əlavə edək ki, ilkin informasiyalara əsasən berde.gov.az saytı olan Bərdə RİH-nin rəsmi internet səhifəsini də berde_az.mail.ru ünvanını idarə edən piar şirkəti idarə edir. Bu mövzu da araşdırma predmetimizdir.
Qarşı tərəfin bütün arayışlarını dinləməyə hazırıq.

P.S Bərdə Rayon İcra Hakimiyyəti iddia edə bilər ki, bu berde_az@MAİL.RU ünvanı ilə icra hakimiyyətinin heç bir əlaqəsi yoxdur. O zaman bəs Vidadi İsayevin hər addımını fotosessiya edib saytlara göndərən, o görüşlərdə «dejurnı» kimi daynan mirzələr kimdir?
P.S teref.az olaraq onuda qeyd etmək istəyirik ki, eyni hadisə teref.aznunda başına gəlir. Yuyxarıda adı çəkilən adresdən dəfələrlə reklam xarakterli Bərdə icra başçısı ilə bağlı yazılar və fotolar gəlir. Dəfələrlə bu materialları göndərən insanlarla İşMail vasitəsi ilə əlaqə saxlamaq istəsəkdə, göndərdiklərimiz maillər geri qayıdır. H\r halda Vidadi İsayev bilərəkdən və ya bilməyərəkdən özünü belə pir etdirməsi heç də yaxşı hal deyil.
TEREF,İNFO













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.