Xocavənd mədəniyyət şöbəsində özbaşınalıq – şöbə müdiri icra başçısına qarşı
3-02-2016, 21:09
Bu gün Xocavənddə günbəgün artan narazılıqları şərtləndirən əsas səbəblər rayonun iqtisadi-sosial inkişafı məqsədilə ayrılan dövlət vəsaitlərinin yerli məmurlar tərəfindən mənimsənilməsi, rayonda hökm sürən məmur özbaşınalıqları və digər amillərdir. Bu baxımdan rayonun maliyyə idarəsinin, təhsil və xüsusilə də mədəniyyət şöbələrinin fəaliyyəti daha çox narazılıq doğurmaları ilə diqqət çəkməkdədir.
teref.az sonolay.orq-a istinadən yazır ki,Xocavənd rayon Mədəniyyət və Turizm şöbəsinin nəzdində fəaliyyət göstətərən müsiqi məktəblərinin də işləri ürək açan səviyyədə deyil. (hərçənd bu barədə irəlləyən günlərdə yazacağıq)
Digər tərəfdən isə yeni aldığımız məlumatlarda R.Balakişiyevin eyni zamanda Xocavənd RİH-nin başçısı Eyvaz Hüseynova qarşı gizli intriqalar yönəltdiyi də açıqlanır. Məlum olduğu kimi son günlər ölkə mətbuatına bilavasitə Eyvaz Hüseynovun adına bağlanan maliyyə mənimsəmələri barədə məlumatlar da ayaq açmaqdadır.
Mənbələr iddia edir ki, məhz bu məlumatların kütləvi informasiya vasitələrinə çatdırılmasını birbaşa Ramiz Balakişiyevin xidmətlərinə aid etmək lazımdır.
Növbəti günlərdə Ramiz Balakişiyev korrupsiya hüquqpozmaları barədə daha geniş yazacağıq!