Xarici qonaqlara sataşan Rövşən Ərəbovun məmur dostları da ondan üz çevirdi

4-02-2016, 12:58           

Hətta bir vaxtlar müşaviri olduğu deyilən sabiq DGK sədri Tahir Əliyev də ondan imtina edib

Yanvarın 15-də saytımızda “Gömrük komitəsi sədrinin müşaviri “Kempinski”dən niyə qovuldu?” başlıqlı yazı dərc olunmuşdu.
Həmin yazıda qeyd olunurdu ki, Qafqaznews.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, rəssam Şamil Həsənovun “onun əsərlərini oğurlamaqda” ittiham etdiyi dövlət qulluqçusu, Dövlət Gömrük Komitəsinin müşaviri Rövşən Ərəbov həmçinin vaxtilə sabiq DİN başçısı və DGK sədri olmuş general Tahir Əliyevə 1 milyon dollar pul “atıb”.
“Etibarlı mənbədən daxil olan məlumata görə, Rövşən Ərəbov vaxtı ilə Gömrük Komitəsinin keçmiş sədri Tahir Əliyevin köməkçisi olub və Tahir Əliyev komitə sədri olan vaxt ona 1 milyon dollar verib ki, Rövşən həmin pulu etibarlı yerdə gizlətsin. Sonra komitə sədri vəzifəsindən azad olunan Tahir Əliyev Rövşən Ərəbovdan 1 milyon pulu qaytarmağı tələb edib, R.Ərəbov isə cavabında Tahir Əliyevə deyib ki, güya həmin pulu eTahir-liyevlə o vaxtı aparıb komitə sədrinin evində həyat yoldaşına verib. Bir sözlə,bir çox üzləşmələrdən sonra Rövşən yenə də pulu “atdığına” boyun olmayıb. Deyilənlərə görə o vaxtlar Rövşən bir müddət Sumqayıtın “Qoratdel”linin təcridxanasında yatsa da 1 milyonu “atdığını” boynuna almayıb”, – deyə məqalədə bildirilirdi. Məsələ ilə bağlı reaksiya verən general Tahir Əliyev redaksiyamıza zəng edib və məlumatın həqiqətə uyğun olmadığını deyərək, təkzib açıqlaması verib.
Sabiq komitə sədri R.Ərəbovun ona “yaxın əməkdaş” və ya müşavir olmadığını, bir müddət “tanışının xahişi ilə işə götürüb sonra işdən çıxardığını” deyib: ““Tamamilə yalan məlumatdır.

Əgər o, mənə görə 5-6 ay təcridxanada qalıbsa, mənim orda şikayətim olmalıdır. Belə bir şikayət varmı? O adamla aramızda heç bir pul söhbəti olmayıb”.
Qeyd edək ki, sözügedən yazıda R.Ərəbovun “Kempinski” otelində xarici qonaqlarla və məmurlarla şübhəli dostlaşma cəhdlərinə görə, ordan qovulduğu vurğulanırdı.
Əməkdaşımız “Kempinski” otelinə baş çəkərək, orda nələrin baş verdiyi ilə maraqlanıb, keçən ilin oktaybr ayında baş verən hadisə ilə bağlı bizə çox maraqlı məlumatlar əldə edib.
Adının çəkilməsini istənməyən otel əməkdaşı bildirib ki, hadisə baş verməmişdən əvvəl “Kempinski”nin SPA mərkəzinin abonenti olan Rövşən Ərəbov otelin digər abonentlərini əvvəla gözaltı edib, onların kim olduğu ilə bağlı məlumat alandan sonra, həmin şəxslərlə yaxın münasibət qurmağa nail olur.
Otelin əməkdaşının bizə verdiyi məlumata görə, Rövşən Ərəbovun əsas hədəfi SPA mərkəzinin abonenti olan məmurlar olub. Həmin şəxslərin içində generallar, hətta nazir muavinləri də var. Bu şəxs oteldə çayın pulsuz olduğundan istifadə edərək SPA mərkəzinə yeni abonent olan məmurları hətta çay qonağlığına dəvət etməyə də cürət edib. Bir sözlə Rövşən Ərəbovun hərəkətlərindən otelin işçiləri boğaza yığılmışdılar.
“Elə bil hamı gözləyirdi ki, görəsən o oteldən nə vaxtsa qovulacaq. Və bu hadisə baş verdi. Rövşən Ərəbov SPA mərkəzinin abonenti olduğundan savayı, oteldə özü üçün tez-tez nömrə də sifariş edirdi. Hər il, demək olar ki, ərəb ölkələrinin birindən (otelin əməkdaşı ölkənin adını çəkmək istəmədi) ərəb əsilli bir neçə xanım Bakıda “Kempinski”nin qonağı olurlar. Və bu xanımlar sonuncu səfərə qədər oteldən razı qalıblar.

Otel ,xidməti “Mercedes” avtomobili ilə bu xanımları Bakının görməli yerləri ilə tanış etmək üçün onlara paytaxtımıza ekskursiya təşkil edib , bir sözlə, onlara yüksək xidmət göstərilib. Ancaq sonuncu dəfə otelin qarşısında ərəbəsilli xanım qonaqlar otelin xidməti avtomobilinə əyləşdiyi vaxt Rövşən Ərəbova rast gəliblər. Rövşən Ərəbov əvvəl sürücü tərəfdən avtomobilin aynasını döyərək sürücüyə deyir ki, “aynanı aşağı endir”. Sürücü aynanı aşağı endirəndən sonra ona əmr edirək deyir: “Mən oteldə nömrə sifariş etmişəm, bunları avtomobildən düşürdüb qaldırırsan mənim nomrəmə”. Sürücü isə ona cavab olaraq bildirir ki,”bu mümkün olan iş deyil, bu xanımlar ərəb ölkələrindən paytaxtımıza qonaq gələn xanımlardır”. Rövşən isə sürücünün bu sözünə cavab olaraq başlayır onun üstünə qışqırmağa ki, mən bilirəm sən burda nə işlə məşğul olursan.
Rövşən təhqiredici ifadələrlə otelin sürücüsünə bildirmək istəyir ki, “guya o bilir ki, sürücü otelə gələn, tüfeyli həyat sürən xanımların sürücüsüdür”. Elə bu sözü deyəndən sonra Rövşən əlin atır, xanımlar tərəfindən qapını açaraq xanımlara zor tətbiq edib və maşından düşürdüb oteldə sifariş etdiyi öz nömrəsinə aparmaq istəyir. Bu vaxt səs-küyə otelin təhlükəsizlik xidmətinin əməkdaşları qarışaraq Rövşəni otelin ərazisindən qovurlar. Otelin əməkdaşının verdiyi məlumata görə SPA mərkəzinin paltardəyişmə yerində Rövşənin şkafı olub və həmin şkafın içində Rövşənə məxsus paltarlar.

Otelin administratoru onunla telefon əlaqəsi saxlayıb bildirir ki, onun şkafında olan əşyalarla bağlı akt tərtib olunub. Həmin əşyalar otelin əməkdaşları tərəfindən ona çatdırılacaq. Əşyaların içində Rövşənin “iPad”i də olur. Rövşən administratora cavab olaraq bildirir ki, qoy paltarlarım qalsın, bidənə “iPad”i göndərin. Administrator Rövşənin sözünə qulaq asmadan ona məxsus bütün əşyaları göndərib. Otelin əməkdaşı ilə görüşən Rövşən deyib: “Axı mən dedim ki, ancaq “iPad”i göndərin, qoy paltarlarım qalsın, mən onsuz da gec-tez olsa da otelə qayıdacam”.
Bizimlə söhbət zamanı otelin əməkdaşı bildirdi ki, keçən ilin oktyabr ayında oteldə baş verən hadisəni Qafqaznews.az saytından, demək olar ki, otelin SPA mərkəzinin bütün abonentləri oxuyub.
Həmin məmurlar – hansılar ki, Rövşənlə SPA mərkəzində tanış olmuşdular saytınızdan onun qaranlıq keçmişi ilə bağlı oxuduqları məlumatlardan sonra, onunla münasibət saxlamaqdan imtina ediblər. Hətta bəziləri SPA -da bildirib ki, nə yaxşı ki, biz onunla burda idman etsək də, dostluq münasibəti qurmamışıq.
Bir sözlə, bizim saytımızın yazdığından sonra hamı Rövşən Ərəbovdan imtina edib. Hətta onun vaxtı ilə rəisi olan Tahir Əliyev də. Mövzunu diqqətdə saxlıyacağıq.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.