Cavid Qurbanovun menyüsünə: kassalarda “dama-dama göl yaradırlar”

4-02-2016, 18:00           
Cavid Qurbanovun menyüsünə: kassalarda “dama-dama göl yaradırlar”
Hər bir biletə görə sərnişin əlavə olaraq 1-1,5 manat ödəməli olur.

Gəncə dəmir yol vağzalının rəisi Arif Mürsəlova “dur” deyən tapılacaqmı?

Xeberinfo.com: Redaksiyamıza “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı və Gəncə şəhərində dəmir yol kassalarında yaşananlarla bağlı müraciət daxil olub. Hələlik adını açıqlamadığımız oxucumuz müraciətində Bakı-Gəncə-Bakı səfəri zamanı Gəncə Dəmir Yol Vağzalındakı özbaşınalıqları, kassalarda başına gələnləri və müşahidələrini qeydə alıb...
Müraciəti ixtisarla dərc edirik:
“Dəmir yollarında kassada biletlər qiymətindən əlavə 1-1,5 Azn artığa satılır. Sözsüz ki, biletin üzərində əlavə alınan pul yazılmır. Məsələn, Bakı-Gəncə sərnişini Bakı-Ağstafa qatarıyla yola düşmək üçün 8 manat 50 qəpik və ya 9 manat ödəməli olur . Amma biletin üzərində 8 manat yazılır. Bakı- Böyükkəsik qatarıyla getmək istəyən isə 6 manat 50 qəpik, ya da ki, 7 manat ödəməli olur. Biletin üzərində 6 manat yazılır (öz qiyməti). Əlavə aldığı məbləğ yazılmır.
Gəncə şəhərindəki dəmir yol kassasında oturan Zalov Eldar adlı şəxs Gəncə - Bakı istiqmətində 8 mantlıq bileti 9 manata, 6 manatlıq bileti 7 manata satır. Soruşandakı niyə baha satırsız? Deyir “axşama qədər otururuq burada, biz də pul qazanmalıyıq”. Bundan bileti öz qiymətinə almaq üçün gərək çənə döyəsən. Mübahisə edəndə də prinsipə düşərək, uyğun yerləri vermir. Özü ya “bakavoy” yuxarı yerləri, ya da ki tualet tərəfdən olan yuxarı yerləri yazır.
Bakıdakı Dəmir Yol Vağzalında oturan xanımlar da həmçinin deyirlər “90 - 100 dollar intervalında maaş alırıq. Bununla dolanmaq olmur. Müdiriyətə diyəndə maaşı qaldır, deyir gündəlik yemək və yol pulunu biletləri dəyərindən artıq qiymətə satmaqla çıxara bilərsiz. Məcburuq əlavə 50 qəpik və ya 1 manat üzərinə qoyaq”. Nəzərə alsaq ki, hər gün 1 kassa ən azı 30 bilet satır, onada gün ərzində azı 15 - 30 manat qazanc olur.
Vaqonda olan nəzarətçilər çay , kofe 20 qəpik olduğu halda 50 qəpik, ya da ki, 1 manata satırlar.(Tualet 2 olduğu halda birini istifadəyə verirlər. Əslində hər biri qadın və kişilər üçün ayrıca nəzərdə tutulub).
Vaqonun soyuducusundan istifadə etmək haqqı 5- 10 manatdır.Vaqonda aşağı boş yer olduğu halda , aldığın yuxarı yeri aşağıynan deyişmək üçün 3-4 manat alırlar. (Biletə - verdiyin pulun yarısını). Vaqonda siqaret çəkməyin də öz “ştraf”ı var: 10 manat”.
Bundan əlavə müraciətdə Gəncə Dəmir Yol Vağzalındakı özbaşınalıqlardan, vağzal rəisi Arif Mürsəlovun “özfəaliyyətindən” geniş bəhs olunur. Xüsusi ilə də Arif Mürsəlovun Gəncə Dəmir Yol Vağzalındakı biznes şəbəkəsi (Ticarət köşkləri, kafe) və bu biznesdə bir paqonlu qohumunun rolu haqqında maraqlı məlumatlar var. Təəssüf ki, Arif müəllimlə telefon əlaqəsi yarada bilsək də məlumatlarla bağlı heç bir sualımıza cavab ala bilmədik. Bu səbəbdən də hələlik geniş yaza bilmirik.
Ümüd edirik ki, Azərbaycan Dəmir Yollarında ciddi dönüşə nail olan cənab Cavid Qurbanov Gəncə Dəmir Yol Vağzalındakı özbaşınalıqlarla da bağlı lazımı ölçü götürəcək. Bugünə qədərki fəaaliyyəti ilə özünü “bişirmiş” Arif Mürsəlovun bu dəfə də “sudan quru çıxacağı” ehtimal olunmur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.