ZAKİR HƏSƏNOVUN MÜAVİNİ FUAD MƏMMƏDOVLA BAĞLI ŞOK FAKTLAR
4-02-2016, 22:52
Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisinin Gürcüstan əlaqələri üzə çıxır «Fuad Məmmədov yüksək rütbəli məmur olmasından istifadə edərək, mənə qarşı bu oyunları həyata keçirir»
Ordu elə bir strateji sahədir ki, gərək orada hansısa nöqsanlara yol verilməsin, vəzifə sahibləri də məsuliyyətlərini birəbeş dərk etsin. Ki, ordumuz regionun lideri olaraq qalsın. Amma təəsüflər olsun bəzən elə faktlarla rastlaşırıq ki, adam dəhşətə gəlir. Bu gün belə faktlardan biri barəsində bəhs edəcəyik. Söhbət Müdafiə nazirinin müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi Fuad Məmmədovdan gedir. Bu şəxsin keçmişi və indiki fəaliyyəti ilə bağlı əlimizdə dəhşətli faktlar var. Onun Hərbi Hava Qüvvələrində çalışdığı müddətdə əldə etdiyi «uğurlar»ın nələrin sayəsində başa gəldiyini cəmiyyətə açıqlasaq, gərək bu şəxs ərizəsini yazaraq tərxis olunsun. Amma bəzi araşdırmaldarımız getdiyindən, hələlik bu məqamlara toxunmuruq və araşdırmamızın nəticəsini gözləyirik. Amma biz bu məqalədə onun ailə dəyərlərinə necə qiymət verməsinə toxunacağıq. Təbii ki, onunla uzun illər bir yasdığa baş qoymuş həyat yoldaşının köməkliyi ilə. Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi ev 50, mənzil 47 ünvanında qeydiyyatda olmaqla yaşayan Aytən Musayeva (ad şərtidir) tərəfindən redaksiyamıza şikayət xarakterli məktub daxil olub. Şikayət məktubunda Aytən Musayevaya qarşı əsassız və qanunsuz olaraq cinayət işinin qaldırıldığı deyilir. «Bu, ərim Məmmədov Fuadın işidir» Şikayətçi bildirir ki, 11 iyun 2015-ci ildə Səbail rayon Polis İdarəsinin müstəntiqi Ziya ona zəng edərək bildirib ki, 3 nəfər Cəlilabad rayon sakini Bünyatov Vaqif Kamil oğlu (Bünyatov Vaqifin məhkumluğu var. Niyaməddin Vaqifin kürəkənidir. Vahid isə dayısı oğludur), Hüseynov Niyaməddin Böyükağa oğlu və Əliyev Vahid Almaz oğlu şikayət ərizəsi ilə Bakı Şəhər Prokurorluğuna müraciət ediblər: “Guya Vaqif 12 aprel 2015-ci ildə “Həsir” kafesinin yanında yolda gedəndə mən ona yaxınlaşıb demişəm ki, Badamdar qəsəbəsində torpaq sahəm var, onu satıram. O da qohumlarına deyib və torpaq sahəsi üçün gətirib mənə 96 000 manat pul veriblər. Bundan sonra telefonumu söndürmüşəm və onlardan gizlənməyə çalışmışam. Aprel ayının 22-də guya gedib onlarla torpaq sahəsinə baxmışıq, orada guya mən dükandan ip almışam ki, torpağı ölçüm. Maşın bazarının qabağında görüşmüşük. Guya mən onlara demişəm ki, mənim həyat yoldaşım ölüb. Sonra müstəntiq əraziyə baxış keçirəndə onlar sözlərini dəyişərək maşın bazarının qabağında yox, Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin qabağında görüşüb torpağa baxmağa getdiklərini deyiblər. Elə ona görə də bu ərazi Yasamal rayon ərazisi olduğu üçün işi Yasamal Rayon Polis İdarəsinə göndəriblər. İşi müstəntiq Fatma Hüseynovaya veriblər. Səbail rayonunda da, Yasamalda da üzləşdirmə olanda onlar mənim üzümə durdular. Bakı Şəhər Prokurorluğuna yazılan ərizəni mən oxuyanda orada onlar qeyd edirlər ki, guya mən demişəm ki, sənədləşdirmə işini qohumum Sərhəd Qoşunları İdarəsində işləyən Faiq edəcək. O məmim qohumum deyil. Onda mən başa düşdüm ki, bu ərim Məmmədov Fuadın işidir. Çünki Faiq ilə onun düşmənçiliyi var. Mən 1998-2003-cü illərdə Müdafiə Nazirliyində işləmişəm. Faiqi mən ərimə görə tanımışam. 2003-cü ildə işdən çıxmışam. Faiqi görməmişəm, heç telefon nömrəsini də bilmirəm. Mən onlara sual verirəm siz tanımadığınız adama necə inandınız, 96 000 manat verdiniz? Heç kupça istəmədiniz, torpağın sahəsini göstərən sənəd istəmədiniz, natarusa gedib niyə alqı-satqı etməmiş pul verdiniz? Pulu bank vasitəsi ilə niyə vermədiniz? Niyə məndən «raspiska» almadınız? Pasportu tələb etmədiniz? Onlar qeyd edirlər ki, aprelin 22-də torpağa baxmağa getmişik. Mən onlardan pulu alandan sonra özləri gedib yenidən torpağa baxmaq istəyiblər. O zaman orada gözətçi olub və deyib ki, siz kimsiniz ki, bu torpaq başqa adamındır. Aytən Musayeva bildirir ki, belə bir cəfəngiyyat dolu ərizəyə görə cinayət işi başlayıblar: «Bunu da təşkil edən mənim həyat yoldaşım Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi Fuad Məmmədovdur. Çünki 2015-ci ilin yanvar-fevral aylarında bizim münasibətlərimiz olduqca kəskinləşmişdir. Mən bilirəm ki, bu, onun işidir. Ona görə ki, tanımadığım şəxslərin mənə qarşı şər-böhtan atması məhz onunla kəskin mübahisə və münaqişələr etdiyimiz dövrdə baş vermişdir. Fuad Məmmədov özünün yüksək rütbəli məmur olmasından, maddi və sair imkanlarından istifadə edərək, mənə qarşı bu oyunları həyata keçirir. Onu da qeyd edim ki, o, hazırda mənə qarşı əmlak tələblərinə dair iddia irəli sürüb, uşaqları saxlamaq üçün uzun müddətdir aliment vermir. Fikri məni tutduraraq əmlakları və uşaqları əlimdən almaqdır. «700-800 manat əmək haqqı alan bir şəxsin bu qədər əmlaka necə sahib olması sual doğurur» Hətta vətəndaş qeyd edir ki, həyat yoldaşı tərəfindən ona qarşı zor da tətbiq edilib: «03 noyabr 2015-ci il tarixində ərimlə mənim aramda olan əmlak tələbinə dair mülki işin məhkəmə baxışından çıxdığım zaman Bakı şəhəri Yasamal rayon Məhkəməsinin inzibati binasının qarşısında mənə onun adamları və oğlu tərəfindən basqın olundu, məni döyərək xəsarət yetirdilər, məhkəmə binası qarşısında xuliqanlıq etdilər. Onu məndən aralayanda ərimin əvvəlki arvadından olan oğlu Vaqif (Nazir müavinin oğlu (Gəncədə) əsgərlikdə adı yazılıb, ancaq özü Bakıda qalır) məni yerə yıxaraq boğmağa başladı. Məni boğub öldürəcəyini dedi. Onu da ayırdılar. Mən ayağa durub polisə zəng edəcəyimi deyəndə maşına oturub qaçdılar. Mən bununla bağlı 28-ci Polis Bölməsinə müraciət etdim və tibbi ekspertizadan keçdim». Vətəndaş qeyd edir ki, hazırda mülki məsələ ilə bağlı işə yanvar baş müstəntiq Abdulla Əliyevə veriblər. Sonda şikayətçi bir ana kimi aidiyyəti qurumlara üzünü tutaraq xahiş edir ki, onun barəsində qaldırılan əsassız və qanunsuz cinayət işi ədalətli şəkildə araşdırılsın. Təbii ki, bir ananın başına gətirilənlər ürək ağrıdır. Amma MN-də yüksək vəzifə tutan bir şəxsin etdiyi hərəkət ona və ordumuza başucalığı gətirmir. Çünki mühim bir posta rəhbərlik edən Fuad Məmmədovdan soruşulmalıdır ki, əgər sən boşanmadan sonra əmlak bölgüsü ilə çıxış edirsənsə, deməli əmlakın alınmasında da sənin rolun olub. Belə olan halda 700-800 manat əmək haqqı alan bir şəxsin bu qədər əmlaka necə sahib olması sual doğurur. Əgər hesab edirsənsə, həyat yoldaşınızın avtomobilini, evini siz almasınız, o zaman düşünməlisiniz ki, daşınan və daşınmaz əmlaka sahib olsmaq üçün külli miqdarda vəsait haradan əldə edilib. Onsuz da bir mətbuat orqanı olaraq bunun izinə düşmüşük. Hətta araşdırmalarımız qonşu Gürcüstanda belə aparılır. Deyirlər, orada bir təyyarə zavodu var. Həmin zavodun direktoru Şaloviç isə çox «mülayim» adamdır.
/gundelik-baku.com/