"Mehman Rəcəbov Şəki şəhər İcra Hakimiyyətindəki havadarları sayəsində üçünçü dəfədir..."- Prezidentə ŞİKAYƏT

19-01-2021, 08:06           
"Mehman Rəcəbov Şəki şəhər İcra Hakimiyyətindəki havadarları sayəsində üçünçü dəfədir..."- Prezidentə ŞİKAYƏT
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Şəki rayonu Qaratorpaq kənd sakini,könülü Qarabağ müharibəsi iştirakçısı Paşayev Salman Nəriman oğlu tərəfindən
ŞİKAYƏT ƏRİZƏSİ

Cənab Prezident!
Yazaraq Sizə bildirmək istəyirəm ki,mən 1-ci Qarabağ müharibəsi iştirakçısı Paşayev Salman Nəriman oğlu ötən ilin əvvəllərindən etibarən Sizə şikayət ərizəsi ünvanlamağa davam edirəm.Öncəki müraciətlərdə qeyd etdiyim kimi Bolludərə kənd Bələdiyyəsinin sədri Mehman Elməddin oğlu Rəcəbovdan dəfələrlə xahiş etmişdim ki,"Mənə istifadəm üçün Bələdiyyə torpaqlarından ayrılması ilə bağlı köməklik göstərsin.Maddi imkanım gündəlik təlabatlarıbelə ödəməyə bəs etmir.Çünki döyüşlərdə aldığım psixi və fikizi sarsıntılar səbəbindən heç yerdə işləyə bilmirəm".O, isə mənə bildirdi ki,"Bizim sənə veriləcək boş torpaq sahəmiz yoxdur.Get kimə deyirsən de,hara şikayət edirsən et,heç kimdən qorxum yoxdur".
Mən də öz növbəmdə Sizin bu korrupsioner məmuru daha yaxşı tanımağınız üçün Mehman Rəcəbov barəsində kiçik araşdırma apardım.Mənə məlum oldu ki,onun iri-buynuzlu və xırda-buynuzlu mal-qaradan ibarət olan,lakin aşkara çıxmasın deyə yaxınlarının əli ilə tikib-qurduğu böyük ferması vardır.Bundan əlavə 100 ha-larla şəxsən özünün idarəçiliyi altında əkilib becərilən əkin və taxıl sahələrinin olduğuna şahid oldum.Həmçinin o, boş qalan torpaqların və örüş yerlərinin bir qismini imkanlı şəxlərə satmış,digər qismini isə qohum-əqrəbələrinin istifadəsinə vermişdir.Eyni zamanda Kremil Sarayına bənzər hündür divarlar içərisində yüksək təmirli böyük evinin olduğunu da öyrəndim.
Əlbətdə Azərbaycan Respublikasının Qanunlarına əsasən Bələdiyyələrin səlahiyyət müddəti 5 il olduğu halda və eyni zamanda yalnız seçkilər yolu seçilə biləcəkləri halda,Mehman Rəcəbov Şəki şəhər İcra Hakimiyyətindəki havadarları sayəsində üçünçü dəfədir ki,öz kiçik Bələdiyyəlik taxtında yiyələnmişdir.O,havadarlar ki,Sizə ünvanladığım ərizələri cavablandırdıqları zaman açıq-aşkar birtərəfli mövqe nümayiş etdirmişdilər.Şəki şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Həsən Həsənovun imzası altında gələn cavab məktubunda guya"Sizin Bələdiyyə sədri Mehman Rəcəbov barəsində irəli sürdüyünüz ittihamlar tərəfimizdən araşdırılmışdır.Nəticə olaraq iddia etdiyiniz faktların heç biri aşkar olunmamışdır".Həmçinin Şəki şəhər Prokurorluğuna da dəvət olunmuşdum.Oradan da mənə bildirmişdilər ki,"Sizin işiniz tərəfimizdən araşdırılır.Nəticə barədə sizə məlumat veriləcəkdir".Şübhəsiz ki,bunun da heç bir faydası olmadı.Daha sonra isə Şəki şəhər Ədliyyə Şöbəsindən də yuxarıda qeyd etdiyim cavablara bənzər cavab aldım.
Təxminən 3-4 gün öncə Şəki şəhər Ədliyyə Şöbəsindən zəng edərək məni idarəyə dəvət etdilər.Lakin mən onlara bildirdim ki,"Dediklərimin həqiqəti əks etdirliyini bilmək istəyirsinizsə,gəlin və məsələni obiyektiv olaraq yerində araşdırın".Onlar isə"Hə yaxşı gələrik"deyərək gözəl şəkildə məni yola verdilər.
Hörmətli Cənab Ali Baş Komandan!Axı Siz dəfələrlə öz çıxışlarınızda "Mən İcra Başçılarını Xalqa xidmət etsinlər deyə təyin edirəm"dediyinizin şahidi olmuşuq.Bəs nə üçün Şəki şəhər İcra Hakimiyyəti Başçısı və onun ərazisində yerləşən Prokurorluq və Ədliyyə Şöbəsi kimi Dövlət idarələri mənim kimi Qarabağda sağlamlığını itirmiş Qarabağ döyüşçüsün deyil,korrupsiya və rüşvət çirkabına əli bulaşmış,eyni zamanda müharibə zamanı qorxusundan evin banında gizlənmiş Mehman Rəcəbovun tərəfini tuturlar?
Cənab Prezident!Sizin və Ordumuzun sayəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü tam təmin olundu.Və Siz,son 200 ildən bəri heç kimin bacarmadığı bir işi 44 gün ərzində bacardınız,Allahın izni ilə!İndi isə növbə Ölkəmizin pulunu,sərvətlərini və insanların haqqını yeyən Mehman Rəcəbov kimi"məmurlar"ındır ki,ümid edirik tezliklə onlara da layiq olduğu cəzanı verəcəksiniz!
Sizdən çox xahiş edirəm,Mehman Rəcəbovun üç dəfə dalbadal necə Bələdiyyə sədri seçildiyi və bu müddət ərzində kasıb insanların boğazından kəsib, topladığı bütün mal-mülkinə Dövlət tərəfindən əl qoyularaq Heydər Əliyev Fonduna verilsin!Və sonda isə könüllü Qarabağ döyüşləri iştirakçısı kimi,ailəmin maddi ehtiyaclarını qarşılamaq üçün mənə Dövlət tərəfindən Bələdiyyə torpaqı verilməsini Sizdən çox xahiş edirəm!Ümid edirəm ki,Sizə ünvanladığım ərizə nəticəsində Mehman Rəcəbov layiqli cəzasını alacaqdır.
Əlaqə telefon:(070) 403-48-11












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.