Nərimanoiv rayonu zibilliyin içində batır FOTOFAKT
7-02-2016, 19:58
teref.az-nun poçtuna gələn şikayət məktubunda şikayətçi yazır: "Hörmətli jurnalistlər hər şeydən yazırsınız, bir bizim dərdimizdən də yazsanız yaxşı olar. Y.V Çəmənzəminli küçəsində oluruq. Gəlin bir görün zibil əlindən nə gündəyik. Bu zibilin əlindən qorxumuzdan uşaqları həyətə buraxa bilmirik. Hara deyirik baxan yoxdur. Nə zaman kefləri dursa gəlib zibili aparırlar. Elə olur ki, günlərlə zibil qalır burda." Bizdə teref.az oaraq tənbəllik etməyib Nərimanov rayonunu seyrə çıxdıq. Yolumuz elə Milli Qəhrəman Ə.Əliyev küçəsindən keçirdi. Küçə qırağında düzülmüş zibiul qabılar dolu və yerdə zibil əlindən səkidən keçmək olmurdu. Ordan keçdik Y.V.Çəmənzəminli küçəsinə həyətlərdə zibil qabları dolu və yerdə zibil qalaqları. Aşağıda göstərdiyimiz şəkillərə baxıb özünüz fikirləşin, bu həyətlər epidemiya yuvası deyilmi?Nərimanov rayon icra hakimiyyəti görəsən hara baxır? teref.az