QARAŞOV DAİMA ELDAR MAHMUDOVUN ÇƏTİRİ ALTINDA OLUB

7-02-2016, 22:36           
QARAŞOV DAİMA ELDAR MAHMUDOVUN ÇƏTİRİ ALTINDA OLUB
Lənkəran şəhərində məhv edilən ağaclar, sahibkarlardan mənimsənilən pullar, təhsilin, səhiyyənin bərbad durumu və bir çox sadalamaqla bitməyən problemlər Taleh Qaraşovun görmək istəmədikləridir.

Səbr kasası dolanda ayağa qalxan əhalinin tələbi, qəzəbi isə icra başçısıni zərrə qədər də narahat etmir. Lakin baş verənlər Taleh Qaraşovun yüksək vəzifəyə təyinat gözləntilərini ürəyində qoydu.
Əldə olunan məlumata görə, yüksək postda yer alacağına ümid edən rəhbərin vəziyyəti elə də yaxşı deyil. Sabiq nazir Eldar Mahmudovun “vurulmasından”, Lənkəranda baş qaldıran etirazlardan sonra Taleh Qaraşovun öz yerini möhkəmlətmək cəhdləri nəticəsiz qalıb. Məlumata görə, icra başçısının vəzifəsindən alınacağı gözlənilir. Qeyd edək ki, artıq uzun müddətdir ki, Taleh Qaraşovun adı yalnız qalmaqallarda hallanır. Redaksiya qarşı tərəfin də mövqeyini dərc etməyə hazırdı.(Bolgexeber.com)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.