“Qatil polisin” icra başçısı olan atası Rafil Hüseynov reketlik edir ?-VİDEOFAKTLAR

24-04-2021, 08:49           
“Qatil polisin” icra başçısı olan atası Rafil Hüseynov reketlik edir ?-VİDEOFAKTLAR
Həyət ''xoruzu'' kimi 5 - 6 qızla bara gedən polis zabiti Şəhriyar Hüseynzadə və “Xoruz oğulun” icra başçısı olan atası Rafil Hüseynov

Masallının keçmiş, Ağcabədinin indiki icra başçısı Rafil Hüseynovun əməlləri barədə ölkə mediası nələr yazmır.
İcra başçısının qədim qəbristanlığın yerində ticarət obyekti tikməsindən, sahibkar xanımı döydürməsindən, rayonda saysız-hesabsız ticarət obyektlərindən və daha nələrdən.
Həddini aşmış icra başçısının ondan torpaq istəyən şəhidin xanımına qarşı münasibətindən, hətta şəhidlik statusunu ləğv etmək üçün dövlət qurumlarına müraciətindən nələr yazılmayıb.
Rafil Hüseynov isə bu yazılanlara görə, ancaq jurnalistləri məhkəmə ilə hədələyir.
Hətta onunla bağlı tənqidi yazılar yazan jurnalistləri rayona gəlməyə icazə vermir.
Gör bu özündən razı adam hansı həddə çatıbsa hər yola əl atır.
Təsəvvür edirsiniz, başçının oğlu avtomobillə qəza törədib 4 nəfərin ölümünə səbəb olub, ancaq ona gözün üstə qaşın var deyən olmayıb. Nəinki olmayıb hətta polis orqanlarında işə düzəlib. Az vaxtda zabit rütbəsi alıb.
Adama deyərlər vətən uğrunda döyüşən əsgərlər polisə düzləmək istəyəndə 100 bəhanə tapırsınız, bəs icra başçısının “risofqa” oğlu necə polisə düzəlib ?
Bütün günü barlarda, əyləncə salonlarında, gecə klublarında keçən birisi necə polis zabiti olub ?
Özü də neçə gözəlçə ilə.
Özünün paylaşdığı şəkillərdən bəlli olur ki, bu polis zabiti hər dəfə 4-5 qızla kluba girir və hər dəfə 3-4 min manat hesab verir.
Lap həyətdə 5-6 toyuqla gəzən xoruz yada düşür.
Bir də bir rus filmində atanın oğula dedikləri. Ya toje babnik, atı svinya. Bəli, icra başçılarının harınlamış övladları sanki filmdə deyilən kimidir.
/gundelik-baku.com/
Teref.az olaraq adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazəırıq!
Teref,az



















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru