"BNA rəhbəri Vüsal Kərimli klinikadan çıxan xəstə anasını avtomobilə necə mindirərdi?"- Baş redaktordan BNA rəhbərinə sual...

13-10-2021, 16:06           
"BNA rəhbəri Vüsal Kərimli klinikadan çıxan xəstə anasını avtomobilə necə mindirərdi?"-
Bakı Nəqliyyat Agentliyinin növbəti “məharəti” ilə sizi tanış edim. Paytaxtın Akademik Həsən Əliyev küçəsi ( keçmiş İnqlab) ilə Səməd Vurğun küçəsinin kəsişməsində bir özəl klinika var. Dünən ora müayinəyə gətirilən bir ağır xəstəni klinikadan geri götürmək üçün, avtomobilimi düz xəstəxananın qabağında saxlamağa məcbur oldum.
Teref.az xəbər verir ki, bunu jurnalist Məhəmmədəli Qəribli yazıb. Daha sonra jurnalist yazır ki, çünki başqa çıxış yolu yoxdur. BNA-nın çəkdiyi görüntülərdəki vaxtdan da görünür ki, özüm avtomobildən düşmədən, cəmi 3 dəqiqə neçə saniyə orada dayanmışam, sonra xəstəni götürüb, getmişəm.
Dərhal, 20 manat cərimə yazılıb. İndi mən qurumun təmsilçisi Mais Aghayev müəllimə sual verirəm: BNA-nın rəhbəri Vüsal Kərimli müəllimin anası ağır xəstə kimi, həmin klinikadadan müayinədən çıxsaydı, o, öz doğmasını avtomobilə necə və hansı şəraitdə mindirərdi?
Onsuz da özəl xəstəxanalar insanların dərisini soyur, dərmanlar da od qiymətinədir. Belə başa düşürəm ki, hər aptekin, özəl klinikanın qabağına bir kamera qoyub orada məcburən iki-üç dəqiqə dayanmalı olan insanların xərcinin üstünə 20 manat da əlavə etmək çox böyük “məharət” tələb edir.
Bunun da öhdəsindən BNA yaxşıca gəlir. Ora kamera , dayanmanın qadağan edən nişan qoyursunuzsa, onda klinikanın fəaliyyətini qadağan edin. Mən anlamıram, ağır xəstəni adam klinikaya necə gətirməlidir?
Camaatı incitməklə büdcəyə xeyir verib, Prezidentin yanında başınızı uca etdiyinizi düşünürsünüzsə, yanılırsınız. Çünki həm hüquqi , həm də mənəvi baxımdan səhv yoldasınız. Heç bir obyektivliyə söykənməyən bu qərardan şikayət edirəm.
Teref.az olaraq əlaqədar təşkilatların mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.