Cəlilabad təhsilində “oyunlar” start götürdü-ŞOK

13-10-2021, 19:38           
Cəlilabad təhsilində “oyunlar” start götürdü-ŞOK
Zaman-zaman təhsilimiz haqqında geniş araşdırmalar aparılıb, sonda bir çox faktlar öz təsdiqini tapıb.

Şübhəsiz ki, ən çox narazılıq isə Cəlilabad rayon təsilindəndir. Xatırladaq ki, bir müddət öncə Cəlilabad RTŞ keçmiş müdiri Qərənfil Əhmədova işində yol verdiyi ciddi nöqsanlara görə vəzifədən kənarlaşdırıldı. Təbii ki, bu istiqamətdə bizm də nazirliyə təqdim etdiyimiz faktlar böyük rol oynadı. Hec bir zaman imkan verməyəcəyik ki, ölkə təhsilindən hansısa məmur şəxsi maraqlar üçün istifadə etsin, gələcəyimizə ağır zərbələr vursun. Lakin səylərimizə baxmayaraq yerli icra orqanları bəzi TŞ-nin müdirlərinə “krişalıq” edir, onları bütün vasitələrlə qorumağa çalışır. Necə ki, icra başçısının xanım müavini illərlə Q. Əhmədovanı müdafiə etdi, bir sözlə vəzifə səlahiyyətlərini aşmaq üçün ona şərait yaratdı.

Dosye.org-a daxil olan yeni məlumatlarda yenidən rayon təhsilində narazılıq ifadə olunur. Belə ki, Cəlilabad rayon Göytəpə 1 nömürəli tam orta məktəbdə yeni təyinat heç də müsbət qarşılanmayıb. Məlumat verən mənbə vurğulayır ki, sözegedən məktəbə direktor müavini təyin olunan Seymur Cəfərov bir müddət öncə ciddi nöqsanlara görə işdən azad edilib. Belə bir şəxsin yenidən direktor müavini təyin etmək, şübhələr yaradır və şəxsi maraqların üzərindən verilən “əmrdir”. Bu istiqamətdə araşdırmalarımız davam etdiyi üçün ətraflı məlumat vermək ixtiyarında deyilik. Onu nəzərinizə çatdıraq ki, başçının xanım müavini Elnarə Həsənova yenidən rayon təhsilinə problem yaratmaq üzrədir. Bizi izləməyi unutmayın…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.