Göygöldə məktəb tikintisi niyə yarımçıq qalıb? Ayrılan pul "yoxa çıxıb" YENİLƏNDİ\MÖVQE

13-11-2021, 01:51           
Göygöldə məktəb tikintisi niyə yarımçıq qalıb?
Göygöl rayonu Topalhəsənli kənd tam orta məktəbi üçün nəzərdə tutulan yeni məktəb binasının tikintisi uzun müddətdir ki, dayandırılıb. Tam açıqlanmayan və ictimaiyyətə bəlli olmayan səbəblərə görə orta məktəb binasının tikintisi yarımçıq qalıb. Bu da məktəbin şagirdlərini, onların valideynlərini, həm də pedaqoji heyəti narahat edir.
"Demokratik.Az"-ın "KəpəzTV"-yə istinadən məlumatına görə, tikintinin dayandırılması kənd sakinləri arasında da böyük narazılığa səbəb olub.

250-dən artıq şagirdin təhsil aldığı məktəb binasında sinif otaqlarının az olması tədrisin səviyyəsinə də təsirsiz ötüşmür. Məlumata görə, məktəbdə sinif azlığı, şagird çoxluğu məktəbdə dərslərin iki növbəli şəkildə keçirilməsini zəruri edir ki, bu da pedaqoji heyət üçün də çətinliklər törədir.

Məsələ ilə əlaqədar rayon təhsil şöbəsindən mövqe bildirilməyib, ancaq rayon icra hakimiyyəti "TV"-nin qaldırdığı məsələyə cavabını açıqlayıb.

Göygöl İHB-dən bildirilib ki, yeni məktəb binasının tikintisi maliyyə çatışmamazlığından dayandırılıb. "Məktəbin tikintisi ilə bağlı aidiyyəti qurumlar tərəfindən tələb olunan addımın atılıb-atılmayacağı zaman məsələsidir"-deyə bilidirilib.

Açıqlamanın nə dərəcədə səmimiyyətə dayandığını söyləmək çətindir, çünki, əsasən dövlət sifarişilə həyata keçirilən anoloji tikinti işlərinin maliyyə çatışmazlığı bəhanəsilə sonradan dayandırılması nadir hadisədir. Görünür, tikintiyə ayrılan pul sonradan kiminsə marağı ilə havaya sovrulub.

Yeni məktəb tikintisinin təməli 2016-cı ildə qoyulub və həmin ildən də görülməli işlər dayandırılıb...
Demokratik.Az
Teref.az olaraq qarşı tərəfin mövqeyini təqdim edirik:
09.11.2021-ci il tarixdə Demokrat.az - Xəbər saytı - İnformasiya Portalında Göygöldə məktəb tikintisi niyə yarımçıq qalıb? Ayrılan pul "yoxa çıxıb" başlığı altında verilmiş məqalə ilə əlaqədar bildiririk ki, tikintiyə ayrılan pulun sonradan kiminsə marağı ilə havaya sovrulması əsassız olamaqla böhtan xarakterlidir. Belə ki, 2017-ci ildə dölət büdcəsinin vəsaiti hesabına deyil, “RUN GROUP” MMC-nin təşəbbüsü ilə xeyriyyə məqsədilə Topalhəsənli kənd tam orta məktəbi üçün yeni məktəb binasının tikintisi üçün bünövrə qazıntı işləri aparılmış və müəyyən işlər həyata keçirilmişdir. Lakin, məlum olmuyan səbəblərdə “RUN GROUP” MMC tərəfindən işlər dayandırılmışdır.
Onu da bildiririk ki, Topalhəsənli kənd tam orta məktəbi üçün yeni məktəb binasının tikintisi ilə əlaqədar Rayon icra hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının Təhsil nazirliyinə rəsmi müraciət edilmişdir.
Göygöl Rayon İcra Hakimiyyəti












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.