“Məmurun harınlamış qardaşı oğlu məni hədələyib, təhqir edir... ”-Qarabağ əlili nazirdən kömək istədi...

10-11-2021, 14:47           
“Məmurun harınlamış qardaşı oğlu məni hədələyib, təhqir edir...
Teref.azın poçtuna daxil olmuş şikayət məktubunu təqdim edirik:
Cəlilabad rayon Muğan kənd sakini, Qarabağ veteranı Qürbətov Bəxtiyar Verxuda oğlu redaksiyamıza ünvanladığı şikayət məktubunda daxili işlər naziri general-polkovnik Vilayət Eyvazova şikayət edib.

Müraciətdə deyilir:

Hörmətli cənab nazir!
Sizə bildirəm istəyirəm ki, mən Qürbətov Bəxtiyar Verxuda oğlu ikinci qrup Qarabağ əliliyəm. Ailəmi dövlətin mənə verdiyi əllilik pensiyasıyla dolandırıram. Hökumətimiz məni avtomobillə də təmin edib. Özüm isə yaşadığım Muğan kəndində orta məktəbdə gündüz gözətçisi işləyirəm. Məktəbimizin direktoru, müəllim və şagird kollektivi də məndən razıdır. Qarabağ əlillərinə göstərdiyi diqqət və qayğıya görə Cənab Prezidentə təşəkkür edirəm.

Hörmətli cənab nazir!

Son bir aydır ki, Muğan kənd sakini Şabhazov Rəşad Ədalət oğlu məktəbə gələrək hər dəfə məni təhqir edib, məni işdən çıxaracağı ilə hədələyir. Rəşad Şahbazov deyir ki, mənim “yuxarılarda” adamım var, ona arxayınam və səni məktəbdən çıxartdırıb özüm yerinə girib işləyəcəm. Bütün bu hadisələr məktəb direktoru Aygün Məlikovanın və müəllim kollektivin yanında olub. Mən yenə alicənablıq edib onun valideyninə, yaxınlarına şikayət etmişəm ki, Rəşadın bu hədələrinə son qoysunlar. Lakin o, bu əməllərindən çəkinmək niyyətində deyil. O, bu gün, yəni 10 noyabr tarixində məktəbə gələrək yenə eyni qaydada məni təhqir edib.

Rəşad Şahbazov Azərbaycan yox, Rusiya vətəndaşıdır, hamı kimi heç vaksin vurdurmayıb və Kovid pasportu belə yoxdur. Amma buna baxmayaraq hər dəfə məktəb binasına daxil olub, ancaq məni təhqir edib, hədələyir. Onu da qeyd edim ki, Rəşad Şahbazovun əmisi Rüstəm Şahbazov Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələri Dövlət Xidmətində xidmət rəisinin müavinidir. Məhz buna görə Rəşad mənim kimi şikəst adamı və digərlərini hədələməkdən belə çəkinmir. Sizdən xahişim odur ki, Rəşad Adıgözəlovun bu hədələrinə son qoymaq üçün Cəlilabad rayon Polis İdarəsinə müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz.

Öncədən sizə özüm və ailəm adından təşəkkür edirəm.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.