Vüqar Səfərli ilə Əli Həsənovun oğlanlarına FAİZ verən “Rabitəbank” kimindir? - İLGİNC

10-11-2021, 16:45           
Vüqar Səfərli ilə Əli Həsənovun oğlanlarına FAİZ verən “Rabitəbank” kimindir? - İLGİNC
Vüqar Səfərli ilə Əli Həsənovun oğlanlarına FAİZ verən “Rabitəbank” kimindir?
Azərbaycanda bank sisteminin bərbad vəziyyətdə olduğunu görmək üçün mütəxəssis-filan olmağa ehtiyac yoxdur. Dünyanın heç bir yerində belə yüksək bank faizləri yoxdur. Digər tərəfdən müştəri ilə bağlanan müqavilələrdə hər cürə fırıldaq, manipulyasiya edirlər və sonra müştərini günahkar çıxardırlar.
Ən dəhşətlisi odur ki, banklar üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmir.
Belə banklardan biri də “Rabitəbank”dır.
Allah qoymasa, Azərbaycanın ilk özəl banklarından biri olan “Rabitəbank” 1993-cü ildə təsis edilib.
“Rabitəbank” ASC-nin Azərbaycanın 16 regionunda və Bakı şəhərində 27 xidmət məntəqəsi var.
Özünü reklamlarda ölkənin aparıcı banklarından biri hesab edən bu bank müştəriləri görəsən hara aparır ?
Əgər bu bank 2016-cı il Aprel döyüşlərinin və Vətən Müharibəsinin iştirakçısı olan mayorun başına olmazın oyunlarını açırsa, indi özünüz təsəvvür edin ki, başqa insanlara hansı problemləri yaradır?
Bəli, ölkə rəhbərliyi dəfələrlə Qarabağ şəhidlərinin, qazilərin ailələrinə qayğı və yardım barədə xəbərdarlıq etməsinə baxmayaraq “Rabitəbank” hərbçimizi hətta xidməti yerində narahat edir.
Belə ki, Qarabağ qazisi olan mayor Nərimanov rayonu ərazisindəki köhnə binadakı mənzili “Rabitəbank” vasitəsilə ipoteka krediti ilə götürüb. Və vaxtlı-vaxtında kreditini ödəyib. Güclü yağış zamanı binanın damına yığılan su mənzillərə dolub, mənzillər yararsız vəziyyətə düşüb, sakinlərə külli miqdarda ziyan dəyib.
Yeri gəlmişkən, Nərimanov RİH həmin binada guya dövlət vəsaiti hesabına əsaslı təmir işləri aparmışdı. Əslində isə binanın bayırını “kraska”lamaqla işlərini bitmiş hesab etmişdilər.
Və nəticədə Qarabağ qazisinin ailəsi mənzilsiz qalıb, kirayədə yaşamağa məcburdur.
Ordumuzun zabiti həm Aprel döyüşlərində, həm də Vətən müharibəsində iştirak edib və ağır yaralanmasına baxmayaraq hazırda xidmətini davam etdirir.
İndi Qarabağ qazisinə hər dəfə Rabitəbankın nümayəndələri zəng edərək onu hərbi xidmətdə olduğu yerdə narahat edirlər, Bakıya çağırırlar.
Qarabağ qazisi isə dəyən zərərə görə, kompensasiya tələb edir. Rabitəbank və sığorta qurumu isə deyir ki, biz müştəri ilə müqavilə bağlayanda təbii fəlakət, yağış, sel üçün kompensasiya nəzərdə tutmamışıq.
Beləcə Qarabağ qazisi qalıb Bakı ilə döyüş bölgəsi arasında yollarda. Ailəsi isə kirayədə qalır.
Qarabağ qazisi deyəndə ki, mən döyüşmüşəm, iki dəfə ağır yaralanmışam...bankdan ona deyiblər ki, döyüşmüsən, yaralanmısan, bunun bizə aidiyyatı yoxdur.
Bəli, Rabitəbankın fəaliyyəti, Qarabağ qazisinə, ailəsinə olan münasibəti belədir.
Qazi deyir ki, ipotekanı ödəyə bilmirəm, bankdan deyirlər ki, onda mənzili müsadirə edəcəyik.
Ümumiyyətlə, Rabitəbankla bağlı nə qədər cinayət əməlləri var.
Təkcə birini deyək. Bankın xəzinədarı kassadan ümumilikdə 563 min manat və 1300 ABŞ dolları məbləğində pulu götürüb aradan çıxıb.
Budur, sizin aparıcı bank olmağınız ?
Görəsən, Qarabağ qazisindən hər ay faiz alan “Rabitəbank” KİVDF-nin sabiq direktoru, hazırda həbsdə olan Vüqar Səfərlinin oğluna hər ay neçə min pul verir ?
Bəs Prezidentin sabiq köməkçisi Əli Həsənovun oğlunun bu bankda nə qədər pulu var ?
Bəli, Rabitəbank qazi mayorun evini müsadirə etmək istəyir, Vüqar Səfərlinin oğluna isə hər ay 1 milyon manata görə, FAİZ verir. //gundelik-baku.com//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.