Bu balıqların satışı, yoxsa böyüdülməsi lazımdır? - FOTOLAR

12-11-2021, 00:01           
Bu balıqların satışı, yoxsa böyüdülməsi lazımdır? - FOTOLAR
Milli Məclisin deputatı Tahir Kərimli Azərbaycanda balıqçılığın bərbad vəziyyətdə olduğunu deyib. Deputat "Hanı kürü, hanı balıqçılıq? Bu sahə niyə inkişaf etmir?” suallarını verərək vəziyyətin ciddiliyini bir daha yada salıb.

Bizimxeber.az-ın araşdırma qrupu mövzunun aktullığını nəzərə alaraq kiçik araşdırma aparıb. Oxuculara təqdim etdiyimiz bu kiçik balıqlar Bakının əksər böyük ticarək mərkəzlərində, "Bravo" marketlərində satılır. Bu balıqlar nərəkimilər cinsindən hesab olunur və kürütökmə ilə çoxalır.

Sovetlər dönəmində may ayının 15-dən sentyabrın 15-nə qədə dənizdə balıq ovlamaq qadağan olunurdu ki, balıqların kürütökməsi prosessi zamanı ovlanması mümkün olmasın. Beləcə bu dönəmdə Xəzər dənizində nərəkimilər cinsindən olan balıqları sayı artırdı. Dövlət balıq və kürüdən pul qazanırdı, böyük balıqçılıq təsərrüfatları fəaliyyət göstərirdi, kürü istehsalı günbəgün artırdı.

Son 20-30 ildə isə Xəzər dənizində nərə balıqlarının azalması, demək olar ki, nəslinin kısilməsi müşahidə olunur. Əsasən Neftçala rayonunda yerləşən balıqartırma zavodlarının istifadəyə verilməsi və sair hallar belə heç bir effekt və nəticə vermədi.

Çünki iddialara görə, balıqartırma zavodlarında dövlətin pulu ilə yetişdirilən balıqlar dənizə deyil, dolayısı ilə süni göllərə buraxırlar. Nəticədə bu gün marketlərdə bu kiçik balıqların satışının şahidi oluruq. Üstəlik may-sentyabr aylarında Ekologiya Nazirliyinin dənizin bağlı elan olunmasına məhəl qoyulmur, ciddi nəzarət yoxdur. Zatən bu gün balıqçılar iri balıqların tutulması ilə məşgul olmaq istəmir. Çünki, bu balıqların dənizdə azlığı balıqçılara onu ovlamaq üçün xərc qoyması sərf etmir. Balıqçı vətəkələri yox, balıqçılıq təsərrüfatları iflasa uğrayıb.

Daha bir incə məqam isə bu balıqların satış üçün istifadəsinin olub olmadığıdır ki, bu indiki halda müəmmalıdır.

Sovetlər dönəmində konkret ölçüyə və çəkiyə cavab verməyən bu növ balıqların tutulması, istifadəsi, satışı qadağan idi və buna görə, uzun illər cəza çəkən şəxsləri göstərmək olar. Həmçinin bu balıqların qida kimi istifadəsi belə insan sağlamlığı üçün zərərli hesab olunurdu. Bu gün marketlərdə satılan bu balıqların qida olaraq istifadəsi sual altındadır. Bu balıqların dəri altı hüceyrələri tam inkişaf etmədiyi üçün üz qatında xüsusi maddə qatı yaranır. Maddə kiçik balıqları dənizaltındakı zəhərli bitkilərdən qoruyur. Məhz istifadə zamanı bu maddələrin təmizlənməsi mümkün deyil.

Həmçinin ölçüyə uyğun olmayan bu balıqların satışını təşkil etməkdənsə, Xəzər dənizinə buraxaraq böyüdülməsinə nail olmaq gələcək üçün milyardlar deməkdir. Amma təəssüflər olsun ki, bu hələ də mümkün deyil.

Daha bir müəmma isə il əvvəl dənizə "tökülən" bu növ balıqların ən kiçikləri Xəzər sularında yoxa çıxmasıdır. Balıqçılar iddia edir ki, bu balıqlar ya dənizə tökülməyib, ya da ölüb tələf olublar. Çünki, 5 il əvvəl dənizə tökülən bu balıqlar indi kürütökmə vaxtında olmalı və sahildə görünməli idilər. Amma nə balıq var, nə də kürü. Əvəzində isə marketlərdə kiçik ölçülü balıqların satılmasının şahidiyik...















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.