Abşeron Reyester Xidmətinin rəisi Fuad İbrəhimov əməllərinə görə HƏBS OLUNA BİLƏR...- ŞOK FAKTLAR

12-11-2021, 00:04           
Abşeron Reyester Xidmətinin rəisi Fuad İbrəhimov əməllərinə görə HƏBS OLUNA BİLƏR...-
Abşeronun “kupça” satan Fuad İbrəhimovu…
Bu adam saxta sənədlərlə kimlərisə mülkiyyət sahibi edir..
Rüşvət olmasa, daşdan keçən sənəd Fuad İbrəhimovdan keçmir…
Başıbəlalı Abşeron rayonunun sakinləri Dövlət Reyester Xidmətinin “FUAD”larının əlindən həmişə şikayətçi olublar.
Fuadlardan biri vaxtilə Xidmətin 4 saylı Abşeron Ərazi İdarəsində çalışmış Fuad Cəbrayılovdur. Onun barəsində vaxtilə yazdığımız üçün təkrarçılığa varmırıq.
Fuadların o biri “ekiztayı” isə, Fuad İbrəhimovdur.
Bu adam sözün həqiqi mənasında Abşeron sakinlərini bezdrib. Adam utanıb-qızarmadan, heç nədən çəkinmədən saxta sənədlərlə torpaq rəsmləşdirir, “kupça” verir, kimisə əmlak sahibi edir, bir sözlə, daşdan keçən saxta sənədlər düzəldir. Amma mütləq əlin cibində olmalıdır.
Vətəndaş yazır ki, 30 ildir Abşeron rayonunda ailə üzvlərimlə fərdi evimdə yaşayıram. Evə pasport qeydiyyatımız var.
Belə ki, mənə Əfqanıstan Müharibəsi veteranı kimi Abşeron rayon İHB-nın Aşağı Güzdək kənd icra nümayəndəsinin 11 dekabr 1992-ci il tarixli, 609 saylı Sərəncamı əsasında fərdi mənzil tikintisi üçün 1000 kv.m.olmaqla torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə Aşağı Güzdək Bələdiyyəsi tərəfindən Yerquruluşu Planından çıxarış verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən 31 oktyabr 2012-ci il tarixli RƏYində bildirlir: “Abşeron rayon İHB-nın Aşağı Güzdək kənd icra nümayəndəsinin 11 dekabr 1992-ci il tarixli, 609 saylı Sərəncamı əsasında Şirəliyev Elşən Muxdər oğluna 0.0966 ha olmaqla torpaq sahəsi qanuna müvafiqdir və DTXK-nin Abşeron şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmir.”
Sözün qısası, bu adamın əlində hər cürə sənədi var. Özü də 30 il əvvəl verilmiş sənədlər.
Bəlkə, 30 il əvvəl Fuad İbrəhimov, küçədə taxta atını minib köndələn çapırmış.
Şikayətçi deyir ki, hətta Xəritəçəkmə Komitəsi də gəlib torpağımın sənədini hazırlayıb, möhürünü vurub. Amma..
Əmması odur ki, Fuad İbrəhimov vətəndaşa deyir ki, bu boyda sənədlər mənim üçün keçərli deyil, mənə lazım olan sənədi ver...
Vətəndaş soruşur ki, ay Fuad müəllim, hansı sənədi deyirsən ?
Bəli, Fuad müəllimin istədiyi kağızın adı RÜŞVƏTDİR. O olmasa, lap daşdan keçən sənəd də işə yaramır.
İndi əli hər yerdən üzülən şikayətçi Prezidentə müraciət edir ki, mənim 1992-ci ildən yaşadığım evin və torpaq sahəsinin “kupça”sının alınmasına kömək edin.gundelik baki.com
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.