Ali Məhkəmə də qərarlarını verməkdən imtina edir

12-11-2021, 08:03           
Ali Məhkəmə də qərarlarını verməkdən imtina edir
MM -dən Ali Məhkəməyə transfer olunan Səyyad Kərimov 40 gündür qərarını vermir

Məhkəmə hüquq sistemində korrupsiya, özbaşınalıq ali instansiyada daha “ali eybəcərliklə” sürür. Məhkəmə qərarlarının verilməməsi adi hal alıb. Təsəvvür edin, Ali Məhkəmə ( sədrlik edən Kəmaləddin Bədəlov) 17.03.2020 tarixli gizlin qəbul etdiyi qərarını hələ də -20 aydır verməkdən imtina edir. Məhkəmə Hüquq Şurası , Ombudsman , birbaşa görəvlərinə aid olsa da, məhkəmə qərarlarının VAXTINDA verilməməsi, süründürməçilik kobud insan hüququ pozuntusu sayılsa da, Ali Məhkəmədən qərarın verilməsinin təmin edilməsində gücsüzdürlər.

Bu yaxınlarda MM-in dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimovun Ali Məhkəmənin hakimi təyin edilməsi ilə məhkəmə hüquq sistemində nəyinsə müsbətə doğru dəyişəcəyini gözləmək sadəlövhlük olardı. Amma Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevin peşəkar rəhbərliyi altında uzun müddət işləməsi, ən azı, süründürməçiliyə son qoyulmasına inam yaradırdı. Heç demə, inamda yanılmışıq . Səyyad Kərimovun sədri olduğu heyət bu sətirlərin yazarının DİN-ə qarşı Bakı Apellyasiya Məhkəməsinin saxta Jujdaq diplomlu hakimi Xəyalə Cəmilovanın sədrlik etdiyi heyətin ddianın mümkün sayılmaması haqqında qərardadından kassasiya şikayəti üzrə 06.10.2021-ci il tarixli qərarını verməkdən 40 gündür imtina edir . Bakılılar kimi, deyə bilərsiniz ki, noolub alə, 40 gün keçib də, 40 həftə, 40 ay deyil ki! Məsələ bundadır ki, Mülki Prosessual Məcəllənin 419.3 maddəsinə görə, QƏRARIN TAM MƏTNİ işdə iştirak edən şəxslərə qəbul edildiyi gündən 1 AY MÜDDƏTİNDƏ SİFARİŞLİ MƏKTUBLA GÖNDƏRİLMƏLİDİR. Eyni zamanda, onsuz da Ali Məhkəmənin çıxardığı qərarın xeyrimə -əleyhimə çıxarılmasının da önəmi yoxdur. Şikayət təmin olunmayacaq, Konstitusiya Məhkəməsi, Avropa İnsan Hüquqları Məhkəməsinin qapıları açıqdır, sadəcə 6 aylıq şikayətvermə müddətinin buraxılması bu qapıları bağlaya bilər. Deyəsən, elə Ali Məhkəmə özü də, qərar(lar)ını sözügedən məhkəmələrə müraciət etmək hüququna qadağa qoymaq üçün yubadır. Onu da vurğulayaq ki, Bakı Apellyasiya Məhkəməsinin sədri Xəyalə Cəmilova olan heyəti 14.04.2021 tarixli qərardadını hələ də -7 aydır vermir. Halbuki, 5 günə verməli idi. Yəqin, Ali Məhkəmə bu qeyri-prosessual özbaşınalığa da qiymət verməkdən imtina edib . Özü qanunu, Məcəlləni pozan ali instansiya aşağı instansiyanın qanunsuzluğuna necə hüquq qiyməti verilməsində maraqlı ola bilər?

Nə isə, süründürməçilik etməyək, süründürməçilik görən adam uzunçuluq etməz. Bircə məhkəmə qərarının vaxtından keçsə də, verilməsinin təmin edilməsi özbaşınalığa, məhkəmə təminatı hüququna son qoymaq üçün sonrakı hərəkətləri etməyə böyük ehtiyac yaradır. “Bəxtiyar” filmində deyildiyi kimi, Ali Məhkəməyə (hakim Səyyad Kərimova ) səslənirəm :

QƏRARI(MI) VERİN!

Məğrur Bədəlsoy












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.