Vüqar Zeynalov Prezidentin tikdirdiyi məktəblərdə fəhlələrin pulunu vermir - İddia

16-11-2021, 07:25           
Vüqar Zeynalov Prezidentin tikdirdiyi məktəblərdə fəhlələrin pulunu vermir - İddia
Astara və Lerik rayonlarının bir qrup sakini üzləşdiyi özbaşınalıqla bağlı Prezident İlham Əliyevə müraciət edib.

Teref.az AzToday.az saytına istinadla xəbər verir ki, şikayətçilər dövlət başçısınınn sərəncamı əsasında tikilən 2 modul tipli məktəbin inşası prosesində işlədiklərini, amma pullarını ala bilmədiyini deyir.

Müraciəti təqdim edirik:

Möhtərəm Prezident!

Biz bu müraciəti sizə qöndərməkdə məqsədimiz, öz prezidentimizdən hüquqlarımızın müdafiəsini xahiş etməkdir.

Belə ki , PDL şirkəti tərəfindən MMC-Vüqar 1970 icraçı ilə Astara rayon Şəvqo və Lerik rayonun Loda kəndində modul tipli məktəb binası tikilmişdir.

İş icraçısı Vüqar Zeynalov ilə razılaşma əsasında bu məktəbin tikintisində iştirak etmişik. Kimimiz öz şəxsi maşınlarımızla yük daşımış, kimimiz yükü yüklənmiş, boşaltmış. Kimimiz isə usta və fəhlə işləmişik.

Məktəb tikintisi Şəbqoda 2019-cu ildə, Loda kəndində isə 2020 -cı ildə başlamışdır. Hər iki məktəb çoxdandır ki, təhvil verilib. Bir ildən artıq vaxt keçməsinə baxmayaraq, əmək haqqınızı ala bilmirik. Zeynalov Vüqar iddia edir ki, pulu sifarişçi şirkət ödəmir. Biz isə əldə qalmışıq. Cənab Prezident xahiş edirik ki , hüquqlarımızın müdafiəsi ilə bağlı göstəriş verəsiz.

1). Hüseynov Sahil
2) Babazadə Lakin
3) Mehbalıyev Rakif
4) Ağayev Arif
5) Şahmuradov Kamil
6) Əliyev Etibar
7) Babayev Şahin
8) Nəcəfov Ceyhun.
9) Şahbaz Nemət












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru