Melorasiyanın sədr müavini Zakir Quliyevin milyonları...- Daha “Su aydınlıq” deyil, Zakirlikdir

16-11-2021, 08:57           
Melorasiyanın sədr müavini Zakir Quliyevin milyonları...-
40-50 faiz su itkisi, yoxsa Zakir Quliyevin dövlətdən oğurladığı milyonlar ?

Ekologiya, Vergilər nazirlikləri Zakir Quliyevin daş-qum-çınqıl karxanalarını görmür ?

Zakir Quliyev Kəmaləddin Heydərovun adından istifadə edərək rayonda böyük balıq vətəgəsi yaradıb..

Azərbaycanda yaxşı mənada belə bir ifadə var idi: Su aydınlıqdır...
Ancaq Zakir Quliyev və qohumları suyun başına elə bir oyun açıblar, suyu da korrupsiyaya bulaşdırıblar və ona görə də artıq su aydınlıq deyil, Zakirlikdir, deyirlər..
Zakir Quliyev və onun korrupsioner dəstəsi utanıb-qızarmadan dövlət başçısına məruzə edirlər ki, ölkədə su itkisinin miqdarı 40-50 faiz arasındadır.
Deməli, loru dildə desək, dövlətin ayırdığı yüz milyonların hesabına başa gələn suyun 40-50 faizi itkiyə gedir.
Onda ortaya sual çıxır: Bəs Zakir Quliyevin və onun hampasının-qohum-əqrəbasının oğurladığı milyonlar haradandır ?
Bəs görəsən, adına Hesablama Palatası dediyimiz qurum niyə dövlətin ayırdığı milyonların hesabını Zakir Quliyevdən tələb etmir ?
Yəqin ki, söhbətin Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini, əslən Sabirabaddan olan Zakir Quliyevdən getdiyi diqqətli oxucularımıza məlum oldu.
Zakir Quliyev təkcə suyu korrupsiyaya bulaşdırsaydı vallah dərd yarı idi.
Bu adam Azərbaycan təbiətini də istismar edir, hətta fəhlələrin faciəsinə səbəb olur.
Bəli, Zakir Quliyevin Sabirabad daş-qum-çınqıl karxanaları gecə-gündüz işləyir, bu adam təpələri sökür, dağların zirvələrini dağıdır, təbiəti məhv edir ki, milyonlar qazansın.
Ekologiya nazirliyi isə ağzına su alıb susur, demir ki, ay adam, təbiəti belə istismar etmək olmaz.
Fikir verdinizmi, Hesablama Palatası susur, Ekologiya nazirliyi dilini dinməz yerinə qoyub, Allah qoymasa Vergilər nazirliyi də Zakirdən soruşmur ki, bu boyda daş-çınqıl-qum karxanalarından ayda nə qədər qazanırsan, dövlətə nə qədər vergi ödəyirsən ?
Yaxşı Hesablama Palatası kardır, Ekologiya nazirliyi kordur, Vergilər nazirliyi laldır, bəs prokurorluq orqanlarına nə olub ?
Zakir Quliyevin karxanalarında 6 nəfər işçi yüksək təzyiqlə yerin təkindən qum-çınqıl çıxaran borunun önündə yaranan burulğana düşüb faciə yaşayıblar.
Bu faciəli hadisəni bütün Sabirabad camaatı bilir, amma rayon prokurorluğunun guya məlumatı yoxdur...
Bəlkə, Zakir Quliyevin özünün və qardaşı Elçin Quliyevin Fətullahçı olmasından da dövlət orqanlarının xəbəri yoxdur ?
Elçin Quliyev Sabirabaddan deputatlığa namizəd olanda FETÖ-nün şəbəkəsi rayonda Elçinin xeyrinə təbliğat aparırdı, Elçini təbliğ edən Ceyhun rayona Zakir Quliyevin xidməti avtomobilində gəlib-gedirdi...
Zakir Quliyevdən soruşan olmadı ki, bu sənin rəhmətlik dədənin maşını deyil e, dövlətin olan xidməti avtomobildir.
Zakir Quliyev fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adından istifadə edərək Zəngənə kəndi yaxınlığında böyük bir balıq vətəgəsi yaradıb və hər yerdə deyir ki, bu vətəgə mənim deyil, Kamal müəllimindir.
Görəsən, cənab nazir niyə soruşmur ki, mənim adımı niyə hallandırırsan ?
Bir sözlə, Zakir Quliyevdən heç nə soruşan yoxdur.
Amma bizim bir media olaraq Zakir Quliyevə suallarımız var.
Birincisi, Zakir Quliyev, Kür Araz çaylarında Bəndlərin İstismar İdarəsinin müdiri vəzifəsindən çıxıb ASC-yə müavin gələndə xalan oğlu Elman Nuriyevi həmin vəzifəyə təyin etdin.
Bu fəzifə rəhmətlik dədəndən qalmışdı?
ASC dövlət qurumudur e, tayfanızın şəxsi kantoru-zadı deyil.
İkincisi, qohumun Elman Nuriyevə söz vermisən ki, səni rayona icra başçısı qoyacam.
Zakir Quliyev, 40-50 faizi suyu oğurlamağın bəs eləmir, indi də Prezidentin səlahiyyətlərini mənimsəmək istəyirsən..? Sən həddini bu qədərmi aşmısan ?
Sabirabadakı bütün tayfanızı doldurmusan, başda Elman Nuriyev olmaqla Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinə.
Elman Nuriyev, Qoçu Nuriyev, Mahir Nuriyev, Saleh Nuriyev və hansısa Nuriyev.
Ay adam, ASC dövlət qurumudur, yoxsa Nuriyevlərin karxanasıdır ?
Qohumun Şamil Qasımovu artıq ikinci dəfədir ki, Sabirabad Şəhər Bələdiyyəsinin sədri təyin etdirirsən.
Dayın Fazil Qasımov pambıq zavodunun müdiri, Qohumun Murtuza Qasımov Cavad kənd bələdiyyəsinin sədri, Şamil Qasımovun oğlu Sabirabad rayon polis idarəsində pasport qeydiyyatı idarəsinin rəisi...
Hamısı Qasımov...
Allah rəhmət eləsin, atan Bəybala Quliyev hələ Heydər Əliyevin birinci hakimiyyəti dövründə korrupsiyaya görə 15 il cəza almış, bunun 12 ilini həbsdə yatmış bir şəxsdir.
Bir söz demirik. Amma sizlər nə vaxtdan dövlətə, dövlətçiliyə bağlı olmusunuz ?
Zakir Quliyev, əslində ətraf kəndləri, rayonları Kür basmır e, sən və sənin tayfan basır. Kürün nə günahı var ? Kürətrafı ərazilərə ayrılan milyonlarla dövlət vəsaitini basıb yeyirsiniz, Kür daşmalıdır dəə...
Cavad yolunun üstündə ki ŞAMLIQ şadlıq sarayı, Çuxuryurddakı qoşa villalar, Sabirabadda, Cavadda, Bakıda evlərin, obyektlərin, rayondakı fermaların, qoyun sürülərin, balıq vətəgələrin hansı pulla alınıb, Zakir Quliyev ?
Yəqin ki, bu sualları sənə istintaq orqanları verməli olacaqlar.
Hazırlaş, Zakir Quliyev…
P.S Zakir Quliyev, biz sənin yadına o zamanlar Pənah Hüseynovu harada gizlətdiyini salacağıq, deyirmişsənki həbsdə olublar.
Gundelik Baki.com
Teref.az olaraq məqalədə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.