Qazaxın icra başçıs Rəcəb Babaşov 450 minlik avtomobili və 250 minlik nömrəsi… - BAŞÇI KİMƏ ARXAYINDIR ?

21-11-2021, 08:13           
Qazaxın icra başçıs Rəcəb Babaşov 450 minlik avtomobili və 250 minlik nömrəsi… -
Qazaxda 78 hektar ərik bağlarını satan icra başçısı Babaşov üçün yarım milyonluq maşın nədir ki?

Qazağın icra başçısı Babaşov 1500 manat maaşla Havay adalarında dincəlir…

Bu adam məktəbə gedibmi, əsgərlikdə olubmu, bəlkə “dezertir”dir ?

Dünən axşamdan Qazax Rayon İcra hakimiyyətinin başçısı Rəcəb Babaşovun adı ölkə mediasının MANŞETİNİ BƏZƏYİR.
“İcra başçısının oğlu yarım MİLYON manata maşın və nömrə aldı - 77-LL-077 “ başlıqlı xəbər ölkə gündəmini əməlli-başlı zəbt edib.
Xəbərə gələn, oxucu rəylərini görəndə adam dəhşətə gəlir. Oxucular nələr yazmır:
Haramı olsun…
Cavan oğlanlar döyüşdə şəhid olur, icra başçısnın oğlu isə yarım milyonluq avtomobil alır…
Bu qarğış, nifrin dolu siyahını kifayət qədər uzatmaq olar. Amma nə faydası..
Bununla nəsə dəyişəcəkmi ? Əlbəttə, yox.
İkinci bir məqama toxunmaq istəyirik.
Saytların belə maraqla tirajladığı və sosial şəbəkədə az qala sensasiya kimi qarşılanan bu xəbər niyə sizlərə təəccüblü gəlir ki ?
Axı, yarım milyon Babaşov üçün nədir ki ?
Yarım milyon Babaşov üçün xırda bir obyektinin qiymətidir. Vallah, Babaşov bizlərə gülür ki, bunlar “qəpik-quruşu”- YARIM MİLYONU sensasiya kimi təqdim edirlər.
Babaşov düşünür ki, mən yağışlı havalarda başımın üstə çətir tutmaq üçün ADAMI ARENDAYA götürə bilirəmsə, nə maşın söhbəti edirsiniz ?
Babaşov Qazaxda səkiləri 100 min manata satır.
Babaşovun Sabirabad rayonunda heyvandarlıq fermaları, qoyun sürüləri var.
Babaşov Gürcüstandan Qırmızı Körpüdən Azərbaycana qanunsuz siqaret keçirəndə 2-3 milyon qabağa düşür. Biz də yarım milyonluq maşın söhbətini xəbərə çevirmişik.
Babaşov Qazax RİH-də açıq şəkildə deyir ki, buralar mənlikdir.
Hətta Rəcəb Babaşov Qazaxın icra başçısı olduqdan sonra yerli qurumları mərkəzdən köçürməyə başlayıb. Onların inzibati binalarını isə müxtəlif iş adamlarına satır.
Təsəvvür edirsiniz, dövlət idarələrini şəhərin mərkəzindən kənara köçürür, həmin idarələrin binasını iş adamlarına satır. Bərəkallah…
Hətta rayon mərkəzindəki “Voyenkom”un binasını “Abu-Life” Ticarət Mərkəzinin sahibinə satıb.
Hələ bu jurnaldır. Rəcəb Babaşov söz verib ki, camaata film göstərəcəm.
Bəli, Babaşov Avey Dövlət Tarix Mədəniyyət Qoruğunun inzibati binasını da iş adamına satıb.
Məlumdur ki, Babaşov uzun müddət Vergilər Nazirliyiinn Bakı Vergilər Departamentində İri Vergi Ödəyiciləri ilə iş üzrə İdarənin rəis müavini vəzifəsində çalışıb. Və sabiq nazir Fazil Məmmədovun sağ əli olub, iri vergi ödəyiciləri olan iş adamlarına divan tutub.
Bu adam təkcə aksiz markası olmayan, yəni ölkəyə qaçaqmal yolu ilə gətirilən siqaretlərdən bəlkə 100 milyon qazanıb.
Bu adam o qədər həddini aşıb ki, "Qırmızı körpü” gömrük keçid məntəqəsinin rəisinə deyir ki, mənə “PƏNCƏRƏ” ver. Yəni istədiyim vaxt ölkəyə qanunsuz siqaret gətirə bilim. Aralarında süpürləşmə olub və kabinetdə rəis də icra başçısına “bedro” atıb.
Bu adam belə rüsvayçı adamdır.
Biz hələ hərbçinin bacısına “əxlaqsız qadın” deməyi, nəticədə döyülmək məsələsini bir kənara qoyuruq.
Bu adam eks-nazir Ziya Məmmədovla qudadır. Belə ki, Ziyanın qardaşı oğlu Rəcəb Babaşovun qızı ilə ailə həyatı qurub.
Nə isə…
Çox suallar qoymaq olar ee….
Axı, icra başçısı 1500-1920 manat olan maaş ilə necə yarım milyonluq avtomobil ala bilər ?
Vallah bu suallar artıq Azərbaycan cəmiyyətində gülüş doğurur. Nə qədər bu sualları saqqız kimi çeynəmək olar ?
Bizim Gundəlik-Bakı olaraq Babaşova öz suallarımız var:
Qazax Rayon İcra hakimiyyətinin rəsmi saytında (www.qazax-ih.gov.az) sənin tərcümeyi-hal yerində bircə cümlə yazılıb:
R.A.Babaşovun Qazax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Rəcəb Abas oğlu Babaşov Qazax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.
Ay adam, sən Qazax boyda rayonun rəhbərisən ee…
Harada doğulmusan, harada böyümüsən, hansı məktəbə getmisən, hansı ali məktəbi bitirmisən, əsgərlikdə olmusanmı, bəlkə elə “dezertirsən” ?
Kimin həvəsi və hövsələsi varsa, Babaşovun mülklərinin az qisminin siyahısına baxsın:
Sabirabad Rayonunun Qaralar kəndindəki iqamətgahı iki milyon manat,
– Bayıldakı Aran restoranı, Aran kafesi
– və “077-lər” adlı avtoyuması,
– Bakının Fatmeyi kəndindəki 5 milyonluq iqamətgahı,
– əlavə olaraq Bakıda 4 evi,
– o cümlədən Türkiyə və Almaniyada milyardlarla dövriyyəsi olan biznesi,
– ən ucuzu 200 min ABŞ dolları olan 10 ailə avtomobili

P.S Babaşov deyərsən birdən, biz səni tanımırıq, biz səni gömrükçüyə şillə vurduğun vaxtdan tanıyırıq.
gundelik baki.com













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.