Abşeronun baş həkimi, talan olan büdcə və dərmansız dərdlər

13-04-2016, 15:07           
Abşeronun baş həkimi, talan olan büdcə və dərmansız dərdlər
Mehriban Qaralovanın Abşerondakı səhiyyə biznesi dövlətin vətəndaşlara verdiyi sosial xidməti heçə endirib. Baş həkimin “SRS-Company” MMC şirkətinin isə udmadığı tender qalmayıb.

Abşeronun baş həkimi Mehriban Qaralova sözün həqiqi mənasında dövlətin səhiyyə sistemində özünə çox gəlirli bir biznes qurub. Rayonda fəaliyyət göstərən Mərkəzi Xəstəxana və onu bitişik poliklinikaların mövcud durumu, əhaliyə qarşı göstərilən münasibət və digər işlər fonunda, bir də tender məsələləri var ki, ortadakı rəqəmlər ciddi gəlirlər əldə etmək üçün baş həkimin bir sıra şişirtmələrə yol verdiyi açıq-aşkar görünməkdədir.

AzMedia.info-nun apardığı araşdırmalar nəticəsində baş həkimin bir ilin içində dəftərxana xərclər üçün 70 min manatdan artıq vəsait xərcləyib. Belə ki, Satınalmalar üzrə Dövlət Agentliyinin həyata keçirdiyi tender layihələrin satışından görünür ki, ötən il Abşeron rayon Mərkəzi Xəstəxanası birinci dəfə 40 min manatlıq, ikinci dəfə isə 31159,91 manatlıq dəftərxana ləvəzimatı alıb. Açıq etiraf olunmalıdır ki, bir il müddətində Abşeron səhiyyəsi bu qədər dəftərxana ləvazimatını sərfiyyat edə bilməz. Bu yumşaq desək, açıqca israfçılıq, həqiqəti dilə gətirsək isə, dövlət büdcəsindən səhiyyənin inkişafına, yəni dövlətin vətəndaşlar qarşısında əsas vəzifələrindən biri olan əhalinin sağlamlıq problemləri üçün ayrılan vəsaitlərin göz görə-görə mənimsənilməsidir.

Amma Mehriban Qaralovanın büdcə talanı tək bununla bitmir. Mehriban xanım dövlətin pullarını təkcə dəftərxana ləvazimatı almaq adı altnda nəqdləşdirib cibinə qoymayıb, eyni zamanda istiqaməti və predmeti məlum olmayan “digər xərclər” adı altında ötən il dövlətin 99 min manat vəsaiti də “göyə sovurub”. Həmin vəsait doğurdanmı hansısa “digər xərclər”ə sərf olunub, yoxsa baş həkimin bir başa şəxsi kassasına daxil olub, bilinmir. Hər halda bu sualın cavabını baş həkim hər kəsdən yaxşı bilir.

İşin ilginc tərəfi isə odur ki, həm dəftərxana, həm də digər xərclər üzrə tenderin yeganə qalibi “SRS-Company” MMC olub. AzMedia.info-nu məlumatlandıran mənbənin sözlərinə görə “SRS-Company” MMC birbaşa Abşeron rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mehriban Qaralova ilə əlaqəlidir. Qeyd edək ki, bu şirkətin adı Satınalmalar üzrə Dövlət Agentliyinin həyata keçirdiyi başqa əməliyyatlarda da ortaya çıxır. Misal üçn “SRS-Company” MMC həmçinin Abşeron rayon Mərkəzi Xəstəxanası üçün ehtiyat hissələrinin satın alınması prosesində də iştirak edib. Bu zaman 13500 manatlıq bir əməliyyat həyata keçirilib. Digər maşın və avadanlıqların, habelə avadanlıqların satın alınması da sözügedən MMC tərəfindən reallaşdırılıb və nəticədə “SRS-Company” MMC Abşeron rayon Mərkəzi Xəstəxanasına 282 min manatlıq ehtiyyat hissələr və maşın avadanlıqları satıb.

Cari və əsaslı təmir işləri də Abşeron rayon Mərkəzi Xəstəxanasının baş həkiminin birbaşa diqqətində olan məsələ olub və Abşeron xəstəxanalarında, tibb mərkəzlərində cari təmir üçün mal və materialları “SRS-Company” MMC alıb. Yəqin ki, oxucularımız da etiraf edər ki, davamlı olaraq heç kimin tanımadığı və böyük ehtimalla 10 manatlıq MMC-lər sırasında yer alan “SRS-Company” MMC-nin bu qədər tenderin qalibi olmasını heç də təsadüf hesab eləmək olmaz. Hələ bu MMC ancaq Abşeron rayon Mərkəzi Xəstəxanasının elan etdiyi tenderləri udursa, və bu MMC-nin Abşeron rayon Mərkəzi Xəstəxanasının baş həkimi lə birbaşa əlaqəli olduğu iddia olunursa, o zaman təsadüf deyilən anlayış ortadan qalxır. Hər halda bu “təsadüflər” Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin diqqətini cəlb etməlidir.

“SRS-Company” MMC-nin qalib olduğu tenderlər bununla da bitmir. Bu MMC-nin adı yumuşaq və bərk inventarların alınması zamanı da ortaya çıxıb və artıq şübhə qalmır ki, Abşeron rayon Mərkəzi Xəstəxanasının baş həkiminə bağlılığı olduuğu iddia olunan bu MMC faktiki olaraq “hərşeyşunas”dır. Qeyd edək ki, Mehriban Qaralovanın mətbəə xərcləri üzrə satınalmaları da “SRS-Company” MMC reallaşdırıb. Və bu zaman baş həkim Mehriban Qaralova dövlətə cəmi 21 manat ziyan vurub.

AzMedia.info saytını məlumatlandıran mənbənin bildirdiyinə görə əgər yoxlama aparılarsa, tender vasitəsi ilə alınan bu məhsulların heç 10 faizini də xəsətəxanalarda tapmaq mümkün deyil. Hələ baş həkimin bir də dərman biznesi olduğu da idalar arasındadır. Bu barədə daha ətraflı ikinci yazımızda məlumat verəcəyik. Hələlik isə onu bildirək ki, Abşeron əhalisi Abşeron xəstəxanalarında dərdlərinə qətiyyən dərman tapa bilmirlər.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.