Köhnə icra başçısı Sabirabada gəldi - sosial ev tikmək üçün, amma…
13-04-2016, 15:34
Fərman aprelin 9-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı tərəfindən sosial mənzil tikintisinin vacibliyi vurğulandıqdan dərhal sonra verilib. İclasda prezident İlham Əliyev sosial mənzillərin tikintisi proqramının yaxın zamanlarda ictimaiyyətə təqdim ediləcəyini bildirmişdi: “Bu, yeni təşəbbüsdür. Bəzi ölkələrdə bu praktika var. Biz müsbət praktikanı öyrənirik, öyrənmişik. Buna böyük ehtiyac və tələbat var. Sosial mənzillərin tikintisi prosesi yaxın zamanlarda başlanacaqdır.”
İlham Əliyevin sözlərinə görə, regionlarda işsizliyin azaldılması və maddi imkanları aşağı olan aztəminatlı əhalinin mənzil probleminin həlli üçün bütün şəhərlərdə, rayon mərkəzlərində sosial mənzillərin tikintisinə başlanacaq: “Xüsusilə qeyd etmək istəyirəm ki, nəinki Bakıda və böyük şəhərlərdə, bütün şəhərlərdə, bütün rayon mərkəzlərində. Dünya təcrübəsindən istifadə etməklə, vətəndaşların belə evlərə sahib olma qaydaları və həmin mənzillərdə yerləşdirilən insanlara mülkiyyət hüququnun verilmə prosedurları müəyyən ediləcəkdir”
Artıq bütün ölkə boyu müvafiq olaraq hazırlıq işlərinə də start verilib. Mənzil İnşaatı Dövlət Agentliyi artıq formalaşıb və sosial evlərin inşası üçün müvafiq icra hakimiyyətlərinə göstərişlər də verilib.
GUNDEMİNFO.AZ-a daxil olan informasiyaya əsasən Sabirabad rayonunda da sosial evlərin inşası ilə bağlı müvafiq olaraq işlərin həyata keçirilməsinə start verilib. Hətta sosial evlərin inşası üçün ərazilər də ayrılıb. İnşa işlərinə 2005-ci ilə qədər Sabirabadın icra başçısı işləmiş Heydər Abbasovun başçılıq edəcəyi deyilir. Heydər Abbasov əslən Gürcüstanın Borçalı mahalındandır. Onun qardaşı və özü icra başçısı postundan çıxarıldıqdan sonra yenidən şəxsi biznesini inkişaf etdirməyə başlayıb.
İnformasiyalara əsasən Heydər Abbasov artıq Sabirabad rayonuna gəlib və sosial evlərin inşası üçün ayrılan ərazilərdə hazırlıq işlərinə başlayıb. Lakin sabiq icra başçısının işinə manne olanlar da var. Məlumata əsasən hazırda icra başçısının birinci müavini işləyən Həsən Həsənov Heydər Abbasova bütün cəhdləri ilə mane olmağa çalışır. Düzdür Heydər Abbasova yardımçı olan digər bir müavin Heydər Yaqubov da var. Lakin birinci müavin Həsən Həsənov rayonun Mənzil Kommunal Təsərrüfat Birliyinə qeyri-rəsmi göstəriş verib ki, rayon ərazisindən toplanmış zibil və tullantılar sosial evlərin inşası üçün ayrılmış əraziyə atılsın.
Gundeminfo.az-a daxil olan informasiyada deyilir ki, hələlik icra başçısı Nazim İsmayılov müavinlərinin dövlət başçısının göstərişi ilə sabiq icra başçısının icra etmək istədiyi təşəbbüsünə manne olanlara qarşı çıxmayıb.
Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.