Beyləqanda icra başçısı Vaqif Abdullayev üsyan yaratdı-VİDEO

15-04-2016, 12:48           
Beyləqanda icra başçısı Vaqif Abdullayev üsyan yaratdı-VİDEO
Beyləqan rayonunda etiraz aksiyası keçirilib. Qaynar.info xəbər verir ki, bir qurup rayon sakini Beyləqan rayon İcra Hakimiyyətinin binası qarşısına toplaşaraq öz etirazını bildirib.

Aksiyanın səbəbinə gəlincə, uzun müddətdi pilot təsərüfat kimi fəaliyyət göstərən Beyləqan “Dostluq” Qoyunçuluq-Damazlıq sovxozunun başqa bir sovxozla birləşdirilməsinə qərar verilib. Lakin bu qərar “Dostluq” sakinlərini razı salmayıb. Onlar sovxozun balansındakı torpaqların kəndlilərə paylanmasını tələb edir və bu məqsədlə aksiya keçirərək öz tələblərini irəli sürüblər.

Aksiya iştirakçılarının sözlərinə görə, olay yerinə gələn Beyləqan rayon Polis Şöbəsinin rəisi Fizuli Şıxəliyev insanlara qarşı kobudluq edib. Bəzi aksiya iştirakçılarının sözlərinə görə, o, içkili olub və restorandakı yeyib-içmək məclisindən çıxaraq hadisə yerinə gəlib. Rəis hətta insanlara qarşı kobudluğa yol verib, onları nalayiq sözlərlə təhqir edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru