Laçın təhsilində korrupsiya hadisələri -ŞİKAYƏT
15-04-2016, 16:52
teref.az olaraq Laçın təhsilində baş verən biabırçı olaylardan dəfələrlə yazmışıq. Saytımızın poçtuna gələn növbəti şikayət məktubunu sizə təqdim edirik.
Laçın rayon Şeylanlı kənd sakini
Xudayarov Baxşeyiş Salyan oğlu tərfindən
əvvəlcədən dərc edəcəyiniz üçün təşəkür edirəm
Hörmətli Təhsil naziri Mikayıl Cabbarov Cənablarına
Cənab nazir Rayonun 13 saylı məktəbinin direktoru (Laçın RTŞ-nin müdri M.Vəliyevin bibisioğlu) Fizuli İbadov 2013-2014-cü tədris ilində Rusiyaya getmiş Təhminə Məmmədovanı işdən azad etməyib, onun adına dərs saatı yazdıraraq, əmək haqqısını M.Vəliyev ilə birlikdə mənimsəyiblər. Təhminə Məmmədova yalnız 18 aydan sonra xaricdən gəlib. Cənab nazir təhsil nazirliyinin daxili nəzarət şöbəsi Malik Vəliyevin yol verdiyi 100-dən çox belə ciddi qanun pozuntusunu üst- bastır edib. Fizuli İbadov hazırda 13 saylı məktəbinin direktorudu və Laçın rayon prokrorluğunda haqqında istintaq işi gedir.
Malik Vəliyevə Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov və Salyan rayon İcra Hakimiyyətinin Başçısı Sevindik Hətəmov daydayılıq edir, hər yerde ona yaşıl işiqdılar.
Laçın rayon Təhsil Şöbəsinin müdri Malik Vəliyevin Təhsil Şöbəsində yol verdiyi ciddi qanun pozuntularını və yığdığı küllü miqdarda rüşvəti ort- bastır etmək üçün daydayılarının köməyinden istifadə edib , Təhsil Nazirliyindəki havadarına yüksək məbləğdə rüşvət verərək izi itirmək məqsədi ilə təhsil nazirliyinin yeni yaradılmış Tərtər regional təhsil idarəsinə müdir təyin olunmuşdur.
Laçın rayon Təhsil şöbəsini bazara çevrən Malik Vəliyev Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Xocavənd rayon təhsil şöbələrini də həraca çıxararaq satacaq.
teref.az olaraq Laçın rayonunun təhsilində cərəyan edən neqativ hadisələrdən dəfələrlə yazmağımıza baxmayaraq bu rayondan baş verənlər haqqında heç bir cavab ala bilmirik.
Bütün bunlara baxmayaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
teref.az