ƏƏSMN-nin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin keçmiş müdirinin xaricdə milyonluq sərvəti - FOTO
15-04-2022, 08:26
Teref.az yazır ki, müstəqil araşdırmaçı jurnalist Cavanşır Həsənli yeni araşdırması ilə sosial şəbəkədə çəxəş edib. Jurnalist sosial şəbəkədə araşdırmasında yazır: İngiltərədə 350 illik tarixi olan bu binanı (hotel) 1.4 milyon funt sterlinqə (3 milyon manatdan artıq) alan şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin keçmiş müdiri (2016-2020) Süleymanovdur. Hotel onun həyat yoldaşının adına rəsmiləşdirilib. Sabiq şöbə müdirinin Çexiyanın məşhur Karlovi Varı kurort şəhərində də daşınmaz əmlak şirkəti var.