Elman Rüstəmovun qızının şirkətinin aktivləri 10 milyonu keçib- FOTO
15-04-2022, 11:57
Teref.az xəbər verir ki, müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli araşdıraraq üzə çlxardıb ki, Mərkəzi Bankın keçmiş sədri (hazırda baş nazirin müşaviri) Elman Rüstəmovun Böyük Britaniyada yaşayan qızı Günel Rüstəmovaya məxsus GYUNEL LIMITED-in maliyyə aktivləri barədə hesabat verib. Cavanşir Həsənli Günel Rüstəmovanın hesabatı barədə yazır: "Mərkəzi Bankın keçmiş sədri (hazırda baş nazirin müşaviri) Elman Rüstəmovun Böyük Britaniyada yaşayan qızı Günel Rüstəmovaya məxsus GYUNEL LIMITED-in bu ilin yanvarında təqdim etdiyi maliyyə hesabatına görə aktivləri 6.208.065 funt sterlinq (14 milyon manata yaxın) təşkil edir."