ƏSGƏR NECƏ LAZIMSIZ EDİLİR VƏ YA POLİKLİNİKALARIN KORRUPSİYA MEXANİZMİ

16-04-2016, 10:42           
ƏSGƏR NECƏ LAZIMSIZ EDİLİR VƏ YA  POLİKLİNİKALARIN KORRUPSİYA MEXANİZMİ
teref.az poliklinikalarda baş verən qanunsuzluqlardan çox yazıb. Görəsən daha nə qədər yazmalıyıq ki, cənab Oqtay Şirəliyev bu sahəyə bir nəzər yetirərək poliklinikalarda sahman yaradsın. İbrahimov Hikmətin cəmi 20 yaşı var,1996-cı il doğumludur.Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Ağdam rayon şöbəsi tərəfindən keçən ilin iyul ayında hərbi xidmətə çağırılıb və ... 3 aydan sonra ağır xəstələnərək hərbi həkim komissiyasının rəyi ilə xidmətə yararsız sayılaraq ordudan tərxis olunub.Silahlı Qüvvələrin Baş Klinik Hospitalı (SQ BHK) 3 ayın əsgərinin anadangəlmə xəstə olduğunu,hərbi xidmətə çağırılarkən şikayət bildirmədiyini,səthi müayinə olunaraq hərbi xidmətə yararlı sayıldığını 1688 saylı xəstəlik haqqında şəhadətnamənin “anamnez” bölməsində göstərib.Belə çıxır,bu günün əsgərinin sağlamlığı elə 20 il öncədən anadangəlmə məhdud olub və xidmətə yararlılıq meyarı “qoz-qoz” oyunudur.İstənilən şəxs,hətta 19 yaşlı gənc komissiyanı aldada bilər ki,sağlamdır,yaxud xəstədir.
teref.az yazır ki,daha bunun başqa adı yoxdur ki!Rayonda və Bakıda 2(!!??) hərbi həkim komissiyasından keçəsən və hər ikisində o boyda komissiyanın “səthi müayinəsi” sonucu xidmətə yararlı sayılasan!Və üçcə aydan sonra da yalanının üstü burun qanaxması ilə açıla.O boyda SQ-nin Baş Hərbi Klinikası rəy-dİaqnoz qoya ki,”REVMATİZM,QEYRİ-FƏAL DÖVR.AORTAL QAPAQ ÇATIŞMAZLIĞI.ANADANGƏLMƏ İNKİŞAF ANAMOLİYASI,AÇIQ OVAL DƏLİK.BURUN TƏNƏFFÜSÜNÜN MÜLAYİM DƏRƏCƏDƏ POZULMASI İLƏ BURUN ARAKƏSMƏSİNİN ƏYRİLİYİ” ÜMUMİ XƏSTƏLİKDİR.Sülh dövründə xidmətə yararsız,müharibə dövründə məhdud yararlı sayılan keçmiş əsgər indi heç kimə LAZIM deyil.SQ BHK-nı birtəhər başa düşdük ki,sığorta ödənişi verməməkdən yana hərbi xidmət çağı alınan xəstəliyin adını “ümumi xəstəlik” qoyub,anadangəlmə sayıb.Bəs Səhiyyə Nazirliyinin poliklinikalarına nə gəlib?6 aydır 28 saylı poliklinika əlillik qrupunun müəyyən edilməsi üçün yararsız,lazımsız əsgərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına (ƏƏSMN TSEK) təqdim etməyə 88 saylı forma verməkdən imtina edir ki,əlillik qrupu düşmür.Axı,bunun düşüb-düşməməsinin müəyyən edilməsi Səhiyyə Nazirliyinin poliklinikasının yox,ƏƏSMN-in TSEK-nin üzərinə düşür.O boyda SQ BHK əsgəri yalan-doğru yararsız edib,amma və nə yazıq poliklinika bu boyda hərbi həkim komissiyasının rəyini saya salmır.Bu saymazlıqdan rüşvət,korrupsiya qoxusunun gəlməsini duymaq elə də çətin deyil.Nədən pulun,korrupsiyanın gücü ilə sağlamların əlil sayılması günümüzün acı gerçəyi olması hamıya gün kimi aydındır.Baş hospitalın rəyi ilə xəstə edilənlərə əlillik qrupunun düşməməsi yalnız pulsuzluqdan yana ola bilər.Başqa nə ola bilər axı?
Bir gəncin və ata-anasının acı taleyinə baxın:anadangəlmə sağlamlıq imkanı məhdud uşağı böyütmələrinə görə qanunla qorunan pensiya,müavinət hüquqlarına qadağa,indi də xidmət zamanı xəstələnən gəncin özünə əlillik qrupu verilməsi üçün forma-88 verilməsindən imtina.Buna görə qanunvericilik ciddi məsuliyyət nəzərdə tutur.Amma kimdir bu məsuliyyət tədbirini tətbiq edən?Hərənin öz rüşvət payı var....
Qarşı tərəfində fikirlərini dinləməyə hazırıq!
MƏĞRUR BƏDƏLSOY- TEREF.İNFO












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.