Şirvan şəhər Mərkəzi Xəstəxanasının Doğum Evi şöbəsinin giriş qapısı hörülüb - Rəhbərlik nə etmək istyir? VİDEO
18-04-2022, 12:14
Hörmətli media nümayəndələri bu məsələyə diqqətlə yanaşmağınızı istəyirəm. Belə ki, Şirvan şəhər Mərkəzi Xəstəxanasının Doğum Evi şöbəsinin giriş qapısı rəhbərlik tərəfindən şəhər sakinlərinin üzünə qapadılıb. Hansı səbəbdən qapadılması şəhər sakinlərinə məlum deyil. Teref.az xəbər verir ki, bunu öz sosial şəbəkə profilində "Xalqxeber" saytının baş redaktoru Peyman Sadiqov yazıb. Daha sonra baş redaktor yazır: Şəkillərdən də məlum olduğu kimi Doğum Evinin yeganə və mərkəzi girişi məqsədli şəkildə hörülüb. Demək ki, bu işdə bir əmma var. Şəhər sakinlərinin mənə bildirdiyinə görə, həmin yer başqasına satılmaq üçün şəhər rəhbərliyinin rizası ilə qapadılıb. Çünki bir şəhər və rayonda daşı daş üstə qoymaq üçün şəhər icra hakimiyyətinin razılığı olmalıdır. Deməkki bu işdə xəstəxana rəhbərliyi şəhər icra hakimiyyətinin razılığını alıb və qeyd olunan ərazidə hörgü işləri aparıb. Hörmətli şəhər rəhbərliyi və xəstəxananın direktoru bu atdığınız addım düzgün deyil və qanunsuzluqdur. Şəhər vətəndaşlarını həmçinin ətraf rayondan Doğum Evinə gələn insanları süründürməçiliyə məruz qoymaqdır. Şəhərdə satılmalı və obyekt yeri verilməli çox yerlər var yəni ordan pul çıxarmaq olar. Odur ki, Doğum Evinin qanunsuz şəkildə qapadılmış mərkəzi girişi açılmalı və insanların istifadəsinə verilməlidir. Peyman Sadiqov