Xalıqverdi Hüseynovun qanunsuzluğuna dur deyən olacaqmı? – İDDİA

26-04-2022, 08:22           
Xalıqverdi Hüseynovun qanunsuzluğuna dur deyən olacaqmı? – İDDİA
ETSN-nin Meşələrin İnkişafı Xidmətində və Xidmətin tabeliyində olan Regional Meşə Təsərrüfatı Mərkəzlərində qanunvericiliyə əməl edilmir. Mərkəzlər dövlət qanunları ilə deyil, Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynovun özünün müəyyən etdiyi qanunlarla idarə olunur. İşçilərin hüquqları tapdalanır. Əsfsus ki, Dövlət Əmək müfəttişliyi bu qanunsuzluğa göz yumur.

01 aprel 2022-ci il tarixində Regional Meşə Təsərrüfatı Mərkəzlərinin bir qrup işçiləri Əmək məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən vəzifələrindən azad ediliblər. Qanunvericiliyə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:
- bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;
- bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;
- beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;
- on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əməkhaqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdən çıxarma müavinəti ödənilir:
- bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;
- bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;
- beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;
- on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.
İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını birdəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.
Bildiririk ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin ixtisar edilərək azad olunan işçilərin ödənilməli olan son haqq hesabları, kompensasiyyaları və digər ödənişləri bu günədək ödənilməmişdir. Həmin işçilərin bu günədək hüquqları Xalıqverdi Hüseynov tərəfindən tapdalanır. Amma bu qanunsuzluğa nədənsə Dövlət Əmək Müfəttişliyidə susub. Dəfələrlə müraciət olunsa da bu barədə heç bir tədbir görülməyib. Çox xahiş edirik ki, ixtisar olunaraq işdən azad edilən işçilərin hüquqlarının bərpa olunmasına köməklik edəsiniz. Xalıqverdi Hüseynovun qanunsuzluğuna son qoyulmasına köməklik edəsiniz.
gundemxeber.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.