Deputat Mahir Abbaszadənin qolundakı saat və həyat yoldaşına hədiyyə etdiyi boyunbağının qiyməti neçə MİLYON DOLLARDIR ?…

28-06-2022, 22:19           
Deputat Mahir Abbaszadənin qolundakı saat və həyat yoldaşına hədiyyə etdiyi boyunbağının qiyməti neçə MİLYON DOLLARDIR ?…
Məcburi Köçkünlərin Sosial İnkişaf fondunda ciddi yoxlamalar aparılmalı və Mahir Abbaszadə hesabat verməlidir…

Laçın camaatının çox sevdiyi bir ifadə var:
At oğrusu...
Müdriklər deyir ki, hər bir insanın kimliyi onun alnına yazılıb. Yəni insanın sifətinə baxmaqla onun həqiqi kimliyini müəyyən edə bilərsən.
Bütün bu dediklərimizin Milli Məclisin deputatl Mahir Abbaszadəyə dəxli yoxdur. Lətifəsi hamımızdan uzaq.
Sadəcə, mövzuya giriş üçün yazdıq.
Mövzumuzun “qəhrəmanı” Mahir Abbaszadəyə gələndə isə cənab deputat son vaxtlarda şəhid bulağının üstündə araq içməsi ilə gündəmə gəlmişdi.
Vallah, Allah günahından keçsin deməkdən başqa əlimizdən nə gəlir. Amma...
Əmması odur ki, bu gün ölkəmizdə işsizlik əməlli-başlı ciddi problemə çevrilib. Amma Mahir Abbaszadə iki mühüm dövlət postunu zəbt edib.
Təsəvvür edirsiniz, bu adam seçicilərini Milli Məclisdə təmsil edir, yəni Qanunverici orqanın üzvüdür.
Eyni zamanda icra orqanında çalışır.
Belə ki, Mahir Abbaszadə həm də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsnin nəzdindəki Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəhbəridir.
Təsəvvür edirsiniz, bu adam həm Qanunverici orqanda, həm də İcra orqanında təmsil olunur.
Əgər sabah Milli Məclis Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda baş verən korrupsiya hallarını müzakirə edərsə, Mahir Abbaszadə hansı mövqedən çıxış edəcək..?
Onu da unutmayaq ki, hər yerdə deyirlər ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Azərbaycanda ən böyük korrupsiya olan sferadır. Deyilənə görə, buradakı korrupsiyanın miqyası milyonlarladır.
El arasında bir söz var:
Eşşəkdən düşüb Mersedesə minənlər...
Bunu Mahir Abbaszadəyə aid etmirik.
Sadəcə, deputatın Milli Məclisdə vətəndaşları çəkələkdə, “tapıçkada” qəbul etməsi, onun səviyyəsini göstərir. Mediada deputatln Ali qanunverici orqanda, Azərbaycan bayrağının qarşısında çəkələkdə gəzməsi tənqid olunub.
Gundelik-baku.com xəbər verir ki,Millət vəkilinin özünü Ali qanunverici orqanda deyil, evdə və ya istirahət mərkəzindəki kimi sərbəst davranması qınanıb.
Mahir Abbaszadənin rəhbər olduğu Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu qaçqınlar üçün şəhərciklər salır, qəsəbələr tikir, məktəblər inşa edir.
Bu Fonda dövlət tərəfindən yüz milyonlar ayrılır.
Hələ çoxları bilmir ki, bu Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun hesabına Beynəlxalq humanitar qurumlardan neçə yüz milyon dəyərində yardımlar daxil olub.
Hanı o yardımlar..?
Bu barədə bircə dəfə də olsun cəmiyyətə məlumat verilibmi..?
Sözümüzün canı odur ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu adlı qurumda baş verən cinayət əməllərini, korrupsiya hallarını araşdırmaq üçün beynəlxalq istintaq qrupu bu işə cəlb olunmalıdır.
Və dövlətə dəyən milyardlarla ziyan dövlətə qaytarılmalıdır...?
Əgər Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda yoxlamalar olarsa, deputat Mahir Abbaszadənin aqibətinin nə olacağı öncədən bəllidir.
Təsəvvür edirsinizmi, bu adamın qolundakı saatın puluna neçə qaziyə, şəhid ailəsinə ev almaq olar…
Görəsən, vaxtilə daş karxanasında işləyən bu adam hansı maaşla bu boyda sərvətə sahib olub..?
Məcburi köçkünlər üçün tikilən mənzillərin, qaçqın şəhərçiklərindəki obyektlərin pulla satılması, qaçqınlar üçün tikilən qəsəbələrə, şəhərciklərə ayrılan 100 milyonların öz yaxınlarına tender vasitəsilə verilməsi böyük cinayət əməlidir.
Təkcə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəhbəri Mahir Abbaszadənin 14 iyun 2021-ci il tarixdə həyat yoldaşına keçirdiyi möhtəşəm ad günündə ( 42 yaş ) bağışladığı 420000 yevro dəyəri olan hədiyyə Qaçqınkomdakı korrupsiyanın miqyasını göstərir. Həmin hədiyyə cütlüyün çəkdirdiyi şəkildə də aydın görünür. Bu hələ dəryadan bir damcı misalıdır...
Bəli, 420 min yevroya yüzlərlə Qarabağ qazisini xaricdə müalicəyə göndərmək olar.
Həmin qazilər Mahir Abbaszadənin kəndi, rayonu Laçın uğrunda döyüşüblər.
Bəlkə Mahir Abbaszadənin tayfasından kimsə torpaq uğrunda şəhid olub?
Nəinki vuruşmaq, nəinki şəhid olmaq….
Mahir Abbaszadənin özü hərbi xidmətdən yayınmaq üçün özünə “neqodnu” kağızı düzəldib və hərbi xidmətə yararsız olmaq adı ilə hərbi xidmətdən yayınıb.
Görəsən, hərbi xidmətə yararsız-“neqodnu” olan Mahir Abbaszadə deputat seçiləndə necə “qodnu” oldu…?
Ona səs verənlər Mahir Abbaszadənin hansı hünərinə, qəhrəmanlığına səs verdi..?
Sözün qısası, Mahir Abbaszadəni də qarşıda çətin sorğu-sual gözləyir.
P.S. Görəsən Mahir Abbaszadə bəzi admlarla görüşdə niyə öz rəhbərlik elədiyi fondun yox, başqa fondun adından danışır? Bu haqda növbəti sayımızda.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.gundelik baki.com













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.