Penitensiar Xidmətinin rəisi Egey dənizində ada alıb?

7-09-2022, 12:59           
Penitensiar Xidmətinin rəisi Egey dənizində ada alıb?
"Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Ceyhun Həsənov Egey dənizində mandarin adalarından birini alıb. Bodrumun Turqutrəis səmtində istirahət edən rəisin gözü üzü Yunanıstan tərəfə olan adalardan birini necə tutubsa, dərhal viskidaşıyanına Türkiyənin əmlak şirkətlərindən biri ilə alqı-satqı işini çözməyi əmr edib."
Teref.az yazır ki, bunu Prime TV Azərbaycan kanalının b aş redaktoru və aparıcısı Aygün Muradxanlı yazır. Daha sonra Aygün xanım yazır:
"Artıq adada yaxta və katerlər üçün kiçik limanın təmirinə də başlanıb. Görənlər deyir, adanın ərazisindəki kafe-restoranlara yeni mövsüm hazırlıqları zamanı fasad və interyerləri qırmızıya boyamaq tələbi qoyulub. Görünür Ceyhun Həsənovun qırmızı rəngə düşkünlüyü pomidor biznesində fövqəladə uğur qazanmasından sonra baş verib. Bilənlər bilir, bilməyənlərə deyək ki, Ceyhun Həsənov ölkənin bütün cəzaçəkmə müəssisələrinə rəis təyin edilsə də kənd təsərrüfatı sektoruna da biganə deyil - Salyanda bir neçə ildir istixanalarda pomidor yetişdirir.
İndi Azərbaycan məmurları arasında özünü beynəlxalq biznes məkanında sınamaq dəbi var. Yəqin Ceyhun Həsənov da Salyanda pomidor, Bodrumda mandarin becərəcək. Day keçib, tövsiyə edirik Şri Lankada çay da əksin. İran “ağ ölüm” yuvasına çevirdiyi türmələrə nəzarət edir də, gözü arxada qalmasın."
Aygün Muradxanlı
Teref.az olaraq iddia ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.