Şabranın bitib-tükənməyən PROBLEMLƏRİ... - MÜRACİƏT

9-09-2022, 08:49           
Şabranın bitib-tükənməyən PROBLEMLƏRİ... - MÜRACİƏT
Şabran İcra Hakimiyyətinin bir addımığında yerlən bu küçə baxımsız vəziyyətdədir.

TEREF.AZ-ın belediyye.net-ə istinadən məlumatına görə, “Beşsotlar” adlanan yaşayış massivindəki bu küçənin adı yoxdur. Sakinlərdən soruşsanız hərəsi bir ad deyər.

Kələ-kötür, təmirsiz kənd yollarını xatırladan bu yol Şabranın mərkəzi küçəsində olmaqla yanaşı həm də, Şabran rayon İcra Hakimiyyətinin bir addımlığında yerləşir.

Quraqlıq vaxtlarda torpaq yol rahat görünsə də, yağışlı, qarlı günlərdə keçilməz olur.

Uzun illərdir quru vədlərə möhtac qalan küçə sakinlərinin ümidləri yenə boşa çıxıb.

Artıq yağışlı günlər başlayıb. Yolun təmir işlərindən isə xəbər yoxdur. Sakinlər hər il eyni çətinliklərlə üzləşməkdən təngə gəliblər. Ölçü götürülməsini tələb edirlər.

Məsələ ilə bağlı üz tutduq Şabran rayon İcra Hakimiyyətinə. Qurumdan yenə vəd verdilər. Dedilər ki, 6 ay ərzində küçə əsaslı təmir olunacaq. Küçənin adı ilə bağlı müvafiq addım atılacaq. Şabran rayon İcra Hakimiyyəti başçısının müavini Nətavan Mustafayeva sakinlərin problemlərini həll etmək istədiklərini də əlavə etdi.

Sakinlərin xəbəri olsun ki, rəsmi qurumdan “Beşsotlar” yaşayış massivindəki adsız, təmirsiz küçənin problemlərinin diqqətdə saxlanılacağına yenidən söz verildi.

Məsələni diqqətdə saxlayacağıq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru