Valideynlərdən pul tələb edir, müəllimləri intihar həddinə çatdırıb - Daha bir direktorun SƏS YAZISI yayıldı

19-09-2022, 16:28           
Valideynlərdən pul tələb edir, müəllimləri intihar həddinə çatdırıb -
N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova haqqında redaksiyamıza şikayət ünvanlanıb, səs yazısı təqdim olunub.

TEREF.AZ yenicag.az-a istinadla xəbər verir ki, redaksiyamıza edilən şikayətdə direktorun məktəbə qəbul edilən şagirdlərin valideynlərindən pul tələb etdiyi bildirilir.

Qeyd olunur ki, direktor valideynlərdən 5 yaşlı uşaqlar üçün qrupların açılmasına görə 100 AZN tələb edir. Şikayətçinin sözlərinə görə, Nəcibə Axundova sinif rəhbərliyi verilən müəllimlərdən də 1000 manat pul istəyir.

Əldə etdiyimiz məlumata görə, direktor hətta müəllimləri də təhqir etməkdən çəkinmir.

Məktəbin müəllimlərindən biri direktorun təzyiqindən intihar həddinə çatdığını da qeyd edib.

Direktorun səs yazısını təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru