Yevlax RQİ və TBŞ-ində özbaşınalıqlar bitib tükənmir- ŞİKAYƏT
8-01-2023, 00:06
Teref.az olaraq redaksiyamıza daxil olmuş şikayət məktubunun nöqtə, vergülünə toxunmadan təqdim edirik:
Bu müraciətimlə redaksiyanıza yazıb sizə bildirmək istəyirəm ki, mən 13.07.2022-ci il tarixində, mənə məxsus 66-BF-667 dövlət qeydiyyat nişanlı, Vaz 2107 markalı avtomaşınımı texniki baxışdan kecirmək istəyən zaman, Yevlax RQİ və TBŞ-ndə, həmin qurumda leytinant olaraq fəaliyyət göstərən İbadov Xəyal tərəfindən, sərt şəkildə hücuma məruz qalmışam. İbadov Xəyal həmin qurumda, qeyri qanuni fəaliyyət göstərən Bərdəli Natiq olaraq tanıdığımız şəxslə birlikdə mənə qarşı təxribat törətmiş və mənə yumruq zərbəsi vuraraq xəsarət yetirmişdir. Bildirmək istəyirəm ki, Yevlax RQİ və TBŞ-ndə İbadov Xəyal ilə birlikdə işləyən Natiq adlı şəxs siravi formada, bütün otaqlara daxil olur, dövlətə məxsus avadanliqları idarə edir, vətəndaşların avtomaşınlarına baxış kecirir və qeyri qanuni tələb olunan 110-120manat vəsaiti toplayır. Həmin hadisədə Natiq adlı qanunsuz işçi mənim sadəcə rüsumu ödəyərək, əlavə rüşvət vermədən texniki baxışdan keçmək istədiyimi bildikdə sənədlərimi alıb İbadov Xəyalın otağına daxil oldu. Mən qapını iki barmağımla döydükdə qapını açıb məni içəri çağırdı. Mən otağa daxil olduqda İbadov Xəyal ayağa qalxıb, qapını bərk döydüyümü deyərək mənə hücum elədi. Və mənə kameralar qarşısında yumruq zərbəsi vurdu. Bu hadisədən sonra mən, dəfələrlə,əlaqəli qurumlara onlarla müraciətlər etmişəm. Hər dəfə mənə qeyri rəsmi olaraq bildirilib ki, İbadov Xəyal Ziyanur oğlunun “yuxarılarda” adamı var, ona görədə mən,şikayətlərimi dayandırmaliyam. Yaxın günlərdə mənə məlum oldu ki, İbadov Xəyalın himayədarı, əmisi İbadov Şahindir və Şahin müəllim AAYDA-ndə məmurdur.
Mən bu ölkənin vətəndaşı olaraq bir cöx qurumlara müraciətlər edib bildirmişəm ki, halal zəhmətlə, alın təri ilə qazandığım vəsaiti belə şəxslərə vermədiyim üçün mənə qarşı bu haqsızlıq olub. Əgər 7 Saylı Yevlax RQİ və TBŞ-I Azərbaycan Resbublikasının qanunları ilə fəaliyyət göstərirsə, bizim qanunlarımız texniki baxış rüsumunu 30 manat 40 qəpik təyin edib. Yox əgər bizdən 110-120manat tələb olunursa o zaman bu şəxslər hansı dövlətin qanunları ilə fəaliyyət göstərirlər. Mən bütün əlaqəli dövlət qurumlarının bu məsələyə diqqət yetirməyini istəyirəm.
Səmədov Mirsahib Mirəli oğlu
Yevlax Rayonu Qoyunbinəsi Kəndi
Teref.az olaraq məktubda qaldırılan iddialarla bağlı adları çəkilən şəxslərində mövqeyini dərc etməyə hazırıq!
Teref.az