Muxtar Babayevin diqqətinə: Fizuli Məmmədovun Masallıya səfərinin pərdəarxası məqamları…
10-01-2023, 11:32
Cənub meşələrində kütləvi qırıntıları ört-basdır etmək üçün Meşələrin İnkişafi Xidmətinin rəis muavini Fizuli Məmmədov ayın 8-də təcili Masallı rayonuna gedib.
AzToday.az xəbər verir ki, bu günlərdə Polisin 1 yük maşınında 20 kub metr işlik materialı saxlamasından dərhal sonra Fizuli Məmmədovun Masallıya getməsi əsaslı şübhələrə səbəb olub.
Belə ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi Polisin saxladığı işlik matetialların güya Zaqatala meşələrindən gətirilməsi ilə bağlı şayiə buraxıb. Rayon sakinləri isə bildirir ki, işlik materiallar Qəriblər Meşəbəyliyinin ərazisindən gətirilibmiş.
Bu arada qeyd edək ki, Fizuli Məmmədovun Masallıya səfəri meşə gözətçilərinə baha başa oturub. Meşələrin qırılmasında adı hallanan gözətçilər Bakıdan gələn “ali qonaq” üçün pul, hind quşu, bal və s. tədarükləri görməli olublar…
Cənub meşələrində qırıntılar isə kütləvi xarakter alıb. İddiallara görə, Meşələrin İnkişafı Xidmətinin rəhbərliyi yaxın aylarda vəzifəsindən uzaqlaşdırılacağını bildiyindən qısa müddətdə merkantil maraqlarını yüksək səviyyədə təmin etmək istəyir… //AzToday.az//